
Albaniyada vacib görüşlər
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında çıxışı zamanı Ermənistanla bağlı iki mesaj verdi.
1. “Biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik” deməklə sülh sazişi üzrə təqdim edilən 5 prinsipin dəyişdirilməsinə imkan verilməyəcəyini elan etdi: bu, İrəvanla yanaşı, maraqlı olan bütün tərəflərə də ünvanlanıb.
2. İrəvan beş prinsip əsasında sülh sazişini imzalamayacağı təqdirdə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bunu rəsmi şəkildə bəyan edəcək.
Beləliklə, Azərbaycan Ermənistana atacağı addımları rəsmi şəkildə elan etmiş oldu. Bu, Bakının siyasi gedişidir, hərçənd “İrəvan sülh sazişini qəbul etməsə, proseslər hansı istiqamətdə davam edə bilər” sualını da aktuallaşdırır.
a) XX əsrin əvvəllərində Ermənistana verilən Zəngəzur, Göyçə, İrəvanla bağlı tarixi faktlar ən yüksək səviyyədə zaman-zaman gündəmə gətirilib və Əliyev “rəsmi şəkildə bəyan edəcəyik” dedikdə bu ərazilərin Azərbaycana məxsus olduğu tarixinin rəsmi elanını nəzərdə tutur: çıxışında tarixi faktlara yenidən toxunması da bunu deməyə əsas verir;
b) SSRİ dağıldıqdan sonra Ermənistan bu ərazilərlə birlikdə BMT-də daxil olub və dünyada BMT üzərindən qurulan mövcud sistem dəyişmədiyi müddətdə, bunu dəyişmək çətindir, lakin Bakı tarixi torpaqlarımıza iddianı rəsmiləşdirməklə, Ermənistanın Qarabağa iddiasına qarşı adekvat gediş edə bilər;
c) Prezidentin “biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik” sözlərindən sonra qeyd etdiyi “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” sözləri xüsusilə diqqət çəkir.
Əliyev bununla “Ermənistanın ərazi bütövlüyünü tanımayacağımız” məsələsinin sadəcə sözlə yekunlaşmayacağının, Zəngəzur uğrunda mübarizənin başlayacağının da mesajını verir;
- SSRİ dövründə Ermənistana əkin və otlaq sahəsi adı ilə verilən və hazırda Zəngəzurun qərbində qalan ərazilər;
- Naxçıvanın Kərki və Qazaxın 7 kəndi.
Rəsmi İrəvan sülh sazişini imzalamasa, Azərbaycan bu ərazilərin azad edilməsi istiqamətində müəyyən addımları ata bilər.
Və sülh sazişindən, sülh sazişi imzalanmayacağı təqdirdə atılacaq addımlardan bəhs edən Əliyev “Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi” sözləri ilə ermənilərin yaşadığı, rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan suverenliyin de-fakto bərpa ediləcəyini, bunun alternativinin olmadığını da növbəti dəfə elan etdi.