vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
13:20 | 2 may 2018 | Çərşənbə Məqaləyə 2600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər il 7 milyon insanı öldürür

Ekoloji fəlakətin fəsadları çox ağırdır

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hər il dünyada havanın çirklənməsi 7 milyon insanın ölümünə səbəb olur”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatında deyilir.

Təşkilatın açıqlamasına görə, 7 milyon insanın 21 faizi pnevmoniyadan, 34 faizi ürəyin işemik xəstəliklərindən, 20 faizi qəfil ölümdən, 19 faizi ağ ciyərin xroniki xəstəliklərindən və 7 faizi isə ürək çatışmazlığından dünyasını dəyişir.

Havanın çirklənməsi ilə bağlı ölüm riski qrupuna uşaqlar, evdar qadınlar və açıq havada işləyənlər daxildir.

Təşkilatın hesablamalarına görə, 7 milyon insandan 4,2 milyonu çirklənməyə məruz qalmış ərazidə, 3,8 milyon insan isə zəhərli toksik yağların ayrıldığı məkanlarda nəfəs aldığı üçün ölür.