vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:17 | 10 may 2018 | Cümə axşamı Məqaləyə 1875 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arbitraj Məhkəməsindən antirusiya qərarı

Moskva Ukrayna şirkətlərinə kompensasiya ödəyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Haaqa Arbitraj Məhkəməsi bir neçə Ukrayna şirkətinin iddia ərizəsi üzrə qərar verib. Həmin şirkətlər Rusiyadan Krımın ilhaqına görə kompensasiya tələb ediblər.

Virtualaz.org “Life”a istinadən xəbər verir ki, mayın 2-də arbitraj “məsuliyyət və zərər məsələlərinə dair yekdil qərar qəbul edib”.

Ukrayna KİV-lərinin yazdığına görə, Krımın ilhaqına görə Rusiya bu ölkənin şirkətlərinə 159 milyon dolar kompensasiya ödəməlidir.

İddia ərizəsi 2015-ci ildə verilib. İddiaçı qismində “Everest Estate” şirkəti və daha 17 şirkət, həmçinin fiziki şəxs Aleksandr Dubilet çıxış ediblər. Onlar Krımın Rusiyanın tərkibinə daxil edilməsindən sonra yarımadanın iqtisadiyyatına yatırdıqları investisiyalarını itirdiklərini əsas gətiriblər.