vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SOSİAL  
16:50 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2006 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirdən əllilərə müjdə

Əlillərinin statusu ilə bağlı mühüm əlavələr olacaq yeni qanun layihəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına uyğunlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əlilliyi olan şəxslərin hüquqları haqqında» yeni qanun layihəsi hazırlanıb.

Azvision.az-ın xəbərinə görə, Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı»nın layihə sənədi müvafiq təşkilatlarla birgə müzakirə mərhələsindədir.

Hər iki layihədə əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb (qanun layihəsi nazirliyin www.mlspp.gov.az saytında rəylər və təkliflər üçün yerləşdirilib).

Qeyd edək ki, Azərbaycan Respublikası BMT-nin «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasına 2008-ci ilin 2 oktyabrında qoşulub.