vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 24 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0001 AZN
Rusiya rublu 1 RUB = 0.0277 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2810 AZN
Türk lirəsi 1 TRY = 0.3570 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:06 | 10 may 2018 | Cümə axşamı Məqaləyə 221 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlikdə 6 vəzifə boşdur

Sahil Babayev vəzifəli şəxsləri işdən çıxarıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) vəzifəli şəxslər işdən çıxarılıb. Bununla bağlı nazir Sahil Babayev müvafiq əmrlər imzalayıb.

Məlumata görə, nazirliyin Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol), Aparat rəhbərinin müavini Ədalət Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz ərizələrinə əsasən işdən çıxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik müvəqqəti olaraq Pərviz Cəfərova tapşırılıb. Bu vəzifəyə hazırda digər nazirlikdə çalışan şəxs təyin olunacaq.

Hazırda ƏƏSMN-də Aparat rəhbəri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əmək siyasəti şöbəsinin müdiri, Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, Kadr və kadr hazırlığı şöbəsinin müdiri postları boşdur.

Qeyd edək ki, Ə.Cəbiyev 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı. Elman Babayev isə 2014-cü ildən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri idi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *