vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
21:03 | 12 avqust 2018 | Bazar Məqaləyə 509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar Allah yolu ilə gedir?…

Lirənin dəyədən salan səhvlər nə bir, nə iki idi ...

Günel MUSA

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə son zamanlarda müşahidə edilən valyutanın şiddətli dəyər itirməsi və ölkənin iqtisadi tənəzülə uğraması hazırda gündəmin əsas müzakirə mövzusudur. Fərqli qruplar tərəfindən mövzuya fərqli yanaşmalar olsa da, ən düzgünü ölkənin iqtisadi sisteminin, aparılan iqtisadi siyasətin, dünyada baş verən iqtisadi və siyasi hadisələrin və onların Türkiyə iqtisadiyyatına təsirinin təhlilidir.

Bəs əslində nə baş verir və vaxtında hansı tədbirlər görülməli idi?

İqtisadi sistemin daha verimli (məhsuldar) və ani şoklara qarşı dayanıqlı olması üçün zəruri struktur islahatları aparılmalıdır. Yəni iqtisadi reformlar olaraq; ölkə böyüməsinin idxala bağlılıq dərəcəsi azaldılmalı, fərqli sektorlara yönəlik spesifik yeniləndirmə reformları edilməli, enerji qənaəti üçün külək, günəş enerjisinin istehsalına investisiya qoyulmalı, sosial güvənlik, səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sektorlarda köklü islahatlar aparılmalıdır. Daha spesifik olmaq gərəklidirsə, uzun müddətlik yatırımların yerinə daha çox qısa vədəli və seçkilərdə səs gətirə biləcək populist yatırımlar edildikdə, iqtisadiyyat və siyasətdə uzun vədəli və daha məhsuldar addımların yerinə qısa vədədə kar verəcək, anı qurtaracaq siyasi addımlar atıldıqda böhranlar qaçınılmaz olur. Nəticə etibarilə hazırkı vəziyyət bir papaz məsələsi deyil, çoxdan gəldiyini xəbər verən daha köklü bir böhrandır.

Türkiyə kimi inkişaf etməkdə olan bazarlarda xarici investorları cəlb etmək üçün yüksək faiz zəruridir, ən bəsiti, bazarın gözləntisini qarşılamaq gərəklidir, ölkə mərkəzi bankının, statistika qurumu kimi dövlətdən müstəqil qurumların fəaliyyətinin tamamən azad və müstəqil olduğuna dair inamı təmin etmək lazımdır. Qərarları çəkinərək, fərdi çıxışlara istinadən vermək xarici invesorlarda sadəcə olaraq güvən itkisinə səbəb olur. Ölkədə siyasi sabitlik təmin edilmədikdə, populist çıxışlarla qonşu ölkələrlə narazıçılıqlar yaşananda, beynəlxalq qurumlar tərəfindən verilmiş kredit dəyərində düşüş hər nə qədər birtərəfli olmasa da, bazara negativ təsir edir. Kredit notu xaricində ölkədə CDS (credit default swap) maksimum dəyərindədir (370bps). Aparılan araşdırmaya görə, lirədəki (TRY) dəyər itkisi insanların formalaşdırdığı düşüncə və yanaşma tərzindən təsirləndiyi qədər nə ölkədəki inflasiya, böyümə dəyəri, nə ABŞ-ın böyümə göstəricisi və ya digər faktorlardan təsirlənməyib, .

Bu isə o deməkdir ki, o faiz artırılacaqdısa, vaxtında artırılmalı idi (hazırda faizlər öncədən artırıla biləcək dəyərin çox çox üzərindədir və gec olduğu üçün market arzu olunan şəkildə qiymətləndirmədi), ROM üst pəncərəsi daraldılacaqdısa, vaxtında daraldılmalı idi. Yeni iqtisadi model təqdim ediləcəkdisə, investorda inamı təmin edə biləcək qüdrətə sahib olması üçün daha detallı olmalı, izlenecek metodologiya spesifikləşdirilməli idi. Çünki əsas olan xarici və daxili investorlarda inam və müsbət yanaşma yaratmaq idi ki, kapital ölkədən çıxmasın, investorlar başqa marketlərə yönəlməsin. Bunların xaricində hələ noyabr ayından etibarən TRY-dəki dəyər itkisini bu dərəcədə gözləməsək də, real sektordaki sıxıntıları müşahidə edərək böhranın gələcəyini hiss edə bilirdik.

Səhvlər nə bir, nə iki idi. Bir çox iqtisadçı qarşı çıxsa da, ölkədə edilən böyük yatırım layihələrinin də əksəriyyəti dollar qaynaqlı olurdu. Ölkəyə gələn yeni kapital öncədən mövcud olan qanun qaldırıldıqdan sonra mənbəsi araşdırılmadan qəbul edilirdi ki, qısa müddətliyinə fayda versə də, sonra gəldiyi kimi qaranlıq şəkildə bazardan çıxdı.  Əsas ixrac həmkarları ilə birbaşa milli valyuta üzərindən ticarətə zamanında başlanmalı idi. Hər ölkənin daha məhsuldar ola biləcəyi (komperativ avantaja sahib olduğu) sektorlar var ki, onlara investisiya ayırılmalıdır, yəni milli maşın istehsalı hazırda zəruri deyildi, kənd təsərrüfatı kimi sahələrə daha çox investisiya qoyulmalı idi.

Nəticə olaraq, milli gəlir 2017 sonunda 850 milyard dollar ve adam başına düşən gəlir 10,600 dollar (E=3.64) ikən, hazırda 476 milyard dollara və adam başına düşən gəlir 5,900 dollara geriləmişdir (E=6.5). 2017-ci ildə daxili borc 535.5 milyard lirə, xarici borc 90 milyard dollar idi. Toplam borc 876.5 milyard lirəyə bərabər olurdu. Hazırda (iyun ayına istinadən) daxili borc 562 milyard lirə və xarici borc 90 milyard dollar olsa da, toplam borc 1 trilyon 130 milyon lirəyə bərabərdir. TRY-dəki hər 1 quruşluq dəyər itkisi adam başına 13 lirə (TRY) borc artışı deməkdir.

Aşağıdakı qrafik dövlət istiqrazlarının müddət və gətirisi arasında müşahidə olunan əlaqəni göstərir. Hazırda dövlət istiqrazları üçün müəyyənləşdirilmiş faizlərə baxdığımızda da normal qəbul edilən müsbət gətiri qrafikini negativ görürük. Yəni uzun müddətli istiqrazlar daha çox riskli olsa da, qısa müddətlik istiqrazların faizi yüksəkdir. Bu isə iqtisadi tənəzzülün signalıdır və papaz sayəsində olmayıb. (Məsələni sadəcə ABŞ-la əlaqələndirənlərə cavab olaraq). Əlavə not üçün qeyd edim ki, xarici vətəndaşların tutduğu istiqraz miqdarı son 9 ilin ən aşağı səviyyəsini göstərir və 18.6 milyard dollara düşüb.

ABŞ prezidentinin qərarını əhəmiyyətsiz hesab edənlər üçün isə bunu demək olar ki, aliminium və polad ixracında Türkiyə xam maddənin fəqli etaplardakı versiyalarını satır. Yəni 9.5 milyard dollar polad ixracının 1 milyard dollarlıq hissəsi, 18 milyon dollar aliminium cövhəri və oksidinin 3 milyon dolları ABŞ-a ixrac edilir. ABŞ prezidenti “Twitter” üzərindən verdiyi açıqlamada polad və aliminium üçün martda müəyyənləşmiş gömrük vergisini Türkiyəyə iki qat (10-20 faiz və 25-50 faiz) yüksəldəcəyini vurğuladı. Yuxarıdakı rəqəmləri nəzərə alınınca, vergi diqqətə alınmayacaq qədər önəmsiz həcmdə deyil. Bunu TRY-nin bir neçə dəqiqə içindəki şiddətli dəyər itkisindən də müşahidə etmək olardı (E=6.26-6.59).

Ümümilikdə lirə (TRY) ən çox 2001-2002-ci illərdə 203 faiz dəyər itirib və hazırki dəyər itkisi 131 faizdir. Bütün bunlara rəğmən Türkiyə özünü yenidən toparlaya biləcək gücə sahibdir, çünki iqtisadiyyatı kifayət qədər yaxşı bilən və zəruri islahatların nələrdən ibarət olduğunu dəfələrlə vurğulayan elm xadimlərinə və onlara sahib çıxıb ölkə rifahı üçün əlini qorxmadan daşın altına sala biləcək vətənpərvər, haqqını müdafiə edə bilən azad düşüncəli insanlara sahibdir. Təhlükəli hal bizdə müşahidə oluna bilər. Heç bir şeydən xəbəri olmadan, Türkiyəni, içindən keçdiyi periodu gülüş obyektinə çevirən şəxslər hazırda manat dəyişmək üçün qaçışır. Bəli, manatın dəyərdən düşməsi gözləniləndir, hətta labüddür. Ancaq fakt bundan ibarətdir ki, bizim valyutamız özümüz kimi unikaldır, bazardan çox da təsirlənmir. Yəni normal üzən məzənnə sistemində  valyutaların dəyərlərində dünya iqtisadiyyatının da təsiri ilə dəyişikliklər olur. Ancaq manat hələ ki, arxasında heç bir dayaq olmasa da, 1.70-də dayanıbdır. Qısacası, çox da narahat olmayın, manat lazım gəldiyi zaman, lazım bilinən qədər dəyər itirəcək.

P.S. Yazıda qeyd olunan bəzi məlumatları qrafik şəklində də paylaşıram, aşağıda tapa bilərsiniz.

P.P.S. Məqalədə qeyd olunan fikirlər şəxsi düşüncələrimdir, niyyətim isə heç kimi və ya heç bir qurumu ittiham etmək deyil.

P.P.P.S. İqtisadi terminləri normalda ingiliscə istifadə etdiyim üçün Azərbaycan dilinə səhv çevirmiş ola bilərəm.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *