vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:30 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 1601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kreml ilə gərginlik var...”

Rəsmi İrəvan Moskva ilə ziddiyyətlərini etiraf etdi

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Moskva ilə İrəvan arasında son vaxtlar etimadsızlıq və gərginliyin yarandığını etiraf edib.

Modern.az xəbər verir ki, Rusiyada nəşr olunan “Noev Kovçeq” qəzetinə müsahibə verən məmur bu etimadsızlığın tezliklə aradan qalxacağına ümidini ifadə edib.

“Yeni Ermənistan hakimiyyətinin rusofob, Qərbyönümlü olduğunu sübut edən bir misal varmı? Mənə faktlar lazımdır. Ermənistanın xarici siyasət kursu əvvəlki olaraq qalır. Qərblə və Rusiya ilə münasibətlər inkişaf edir. Düzdür, Kremllə müəyyən etimadsızlıq problemimiz var. Lakin bu problem yaxın zamanda öz həllini tapacaq”-deyə Qriqoryan deyib.

Xatırladaq ki, sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.