vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
16:59 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 344 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kuklaçıların seçdikləri

2019-cu il yaradıcılıq planı zəngindir

MÖVZU İLƏ ƏLAQƏLİ

Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onların incəsənətə sevgi ruhunda formalaşdırmağa çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il yaradıcılıq planı çox zəngindir.

Yerli və dünya, klassik və müasir dram əsərlərinin, məşhur nağıl nümunələrinin rəngarəng səhnə həllini yaradan teatrın yaradıcı heyəti bu dəfə də balacaların, sevimli tamaşaçılarının istək və arzularını nəzərə alıb.

Teatrın əsas ideyası, onun əhatə dairəsi ilə yanaşı balacalar arasında keçirilən rəy sorğuları da nəzərə alınmaqla dolğun və maraqlı repertuar planı yaradılıb.

Həmin plana müvafiq olaraq il ərzində dörd tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək.

Tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan ”Maşa və Ayı” tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları Maşa və Ayının sərgüzəştləri əsasındadır. Eyniadlı məşhur cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşaya tam fərqli quruluş verilib.

Uşaqlara dostluq, sevgi, mehribanlıq və anlayış kimi hisslər aşılayan səhnə əsərində müxtəlif kukla texnikalarından istifadə olunub. Canlı plan ilə kukla oyununu paralel təqdim edən rejissor bununla balacaları cizgi filminin təsirindən tam çıxarmağa, səhnəyə, aktyor-personajlarla canlı ünsiyyətə səsləyib.

Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər.

Komediya janrındakı birhissəli uşaq tamaşası fevralın 15-də uşaqların ixtiyarına veriləcək.

Buna paralel olaraq ikinci tamaşanın da məşqlərini edən yaradıcı heyət uşaqları növbəti maraqlı səhnə işinə kökləyəcək. Bu, türk nağıllarından “Kəloğlan masalları” əsasında “Kəloğlan” adlı tamaşadır.

Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Quruluşçu rəssamı Əfşan Əsədova olan musiqi tərtibatlı nümunə martın əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.

Bundan başqa plana müvafiq olaraq dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” (Q. Məsimov) və türkiyəli yazıçı Hasan Erkəkin “Kitabi Dədə Qorqud” dastanı əsasında qələmə aldığı “Adını doğruldan oğlan” (A. Məmmədov) əsərləri səhnələşdiriləcək.

Onu da qeyd edək ki, mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan eyni adlı tamaşa görkəmli aktyor, respublikanın Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunub. Hazırda qızğın məşqləri gedən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *