vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KİNO-TEATR  
15:07 | 10 iyul 2019 | Çərşənbə Məqaləyə 17820 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kuklaçı“lar dost seçəcək

“Oyuq“ studiyası isə mövsümün sonuncu çıxışında sürpriz vəd edir

Bildiyimiz kimi, respublikada fəaliyyət göstərən teatr-konsert müəssisələri artıq mövsümü başa vurmaq üzrədirlər.

İl ərzində əldə etdiyi nailiyyətlərinin, ölkə və beynəlxalq miqyasdakı festival və qastrollarda iştirakının say sırası ilə seçilən sənət ocaqlarından biri də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır.

Teatrın mətbuat xidmətindən Vaxt.az-a verilən məlumata görə, yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən teatr müəssisəsi iyulun 11-də (saat 12.00) 87-ci mövsümünün başa çatması münasibətilə teatrsevərləri ətrafına toplayacaq. Həmin gün il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar.

Artıq ənənə halını alan bu təntənəli bağlanış mərasimində mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da veriləcək.

Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçilərinin “Teatrın dostu” nominasiyasında mükafatlandırılması da reallaşacaq.

Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi də təqdim olunacaq.