vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
17:30 | 25 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Qara qızıl ucuzlaşdı

Tramp “Neft qiymətləri çox yüksəlib” dedi ...

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Tramp, neft qiymətləri barədə OPEC-i tənqid etməkdə davam edərək, dünyanın qiymət artımının qarşısını almaq üçün çox kövrək olduğunu deyib.

Tramp, OPEC-i hasilatı azaltmaq siyasətini dayandırmağa çağırıb. O qeyd edib ki, neft qiymətləri çox yüksəlib.

“OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz”, - deyə yazan dövlət başçısı hazırkı neft qiymətlərinin ifrat şəkildə yüksəldiyini qeyd edib.

Xam neft qiymətləri OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatlarını azaltmalarının təsiri ilə bu il 25 faizdən çox qalxıb.

ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi və Vaşinqtonun Venesualanın neft ixracına sanksiya tətbiqindən qaynaqlanan narahatlıqların yüngülləşməsi də neft qiymətlərini dəstəkləyir.

Trampın açıqlamasından sonra Brent nefti 1,3 faiz ucuzlaşaraq 66,26 dollara düşüb (saat 16:30-a olan məlumat)