vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
10:57 | 28 fevral 2019 | Cümə axşamı Məqaləyə 1684 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məxfi missiyalı Ankara səfəri

Kuşnerlə Ərdoğan iki saat nə danışdı?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağ Evin baş müşaviri Cared Kuşner Səudiyyə kralı və vəliəhdi ilə danışıqlar apardıqdan bir gün sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb.

Türkiyə prezidentinin administrasiyası fevralın 27-də bildirib ki, ABŞ prezidenti Donald Trampın kürəkəni Kuşnerlə görüşdə habelə Türkiyənin iqtisadiyyat naziri, həm də Ərdoğanın kürəkəni olan Berat Albayrak da iştirak edib.

“Anadolu” dövlət agentliyi Ankarada keçirilmiş görüşün iki saat çəkdiyini bildirib, lakin bundan artıq təfərrüatlar verilməyib. Ağ Ev bildirir ki, Kuşnerin səfəri hələ ki bəyan edilməmiş Yaxın Şərq sülh təşəbbüsünün tərkibinə daxildir.

Kuşner deyib ki, bu planın xırdalıqlarını, aprelin 9-da keçiriləcək İsrail seçkilərindən sonra açıqlayacaq.

Kuşner fevralın 26-da Səudiyyə Ərəbistanının kralı Salman və qüdrətli vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşmüşdü. Ağ Ev bildirir ki, bu səfərdə Kuşneri ABŞ-ın Yaxın Şərq üzrə səfiri Cason Qrinblatt və İran üzrə xüsusi nümayəndə Brayn Huk müşayiət edirlər.

Bu, ABŞ-da yaşayan səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlindən sonra hər hansı ABŞ rəsmisinin bin Salmanla ilk üzbəüz görüşü idi. Riyad bu qətldə vəliəhd şahzadənin əlinin olduğuna dair iddiaları rədd edir və bildirir ki, jurnalisti özbaşına hərəkət edən agentlər öldürüblər.

Kuşner habelə Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreyn və Omana səfərlər edəcək.