vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
13:52 | 19 aprel 2022 | Çərşənbə axşamı Məqaləyə 794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəbə qumbara atdılar

Kabildə 7 nəfərin ölümü ilə nəticələnən terror törədilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 19-da Əfqanıstan paytaxtı Kabildə oğlan məktəbində üç partlayış törədilib, azı 7 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisə şiə hazaraların yaşadığı ərazidə baş verib.

Paytaxtın qərb hissəsində Dəşti-Bərçi rayonunda Əbdül Rəhim Şahid adına orta məktəbdə partlayış qurbanları arasında uşaqlar da var, amma dəqiq sayları bəlli deyil.

Təhlükəsizlik rəsmisinin “dpa” agentliyinə dediyinə görə, partlayışlar əl qumbaraları ilə törədilib.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

İndiyədək hazaraların digər yaşayış məhəllələrində İslam Dövləti silahlı qruplaşması hücumlar törədib.

Taliban hakimiyyətinin daxili işlər nazirliyinin sözçüsü hadisə yerində müstəntiqlərin işlədiyini deyib.

Bir şahidin sözlərinə görə, partlayışlar şagirdlər səhər dərsindən çıxarkən törədilib.

Ötən ilin mayında Əfqanıstan paytaxtının həmin rayonunda partlayışlar nəticəsində azı 85 dinc sakin öldürülmüş, onlarla insan yaralanmışdı. Ölənlər əsasən məktəbli qızlar idi.