vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
21:57 | 3 iyun 2022 | Cümə Məqaləyə 799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrlandiya Ukraynada soyqırımı tanıdı

Senat dünya ölkələrini Rusiyadan neft, qaz və kömür idxalına qadağa qoymağa çağırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İrlandiya parlamentinin yuxarı palatası senat Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib. Bu barədə məlumatı özünün “Twitter” hesabından senatın spikeri Mark Deyli paylaşıb.

Sənəddə deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi tamamilə əsassız idi və buna görə də beynəlxalq hüquqa ziddir: “Rusiya hərbçilərinin hərəkətləri BMT-nin soyqırım cinayətlərinin önlənməsi və bu cinayətlərə görə cəzalandırmaya dair BMT Konvensiyasının soyqırım təfsirinə tamamilə uyğundur”.

Senat dünya ölkələrini Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və Rusiyadan neft, qaz və kömürün idxalına qadağan qoyulması üzərində işin davam etdirilməsinə çağırıb.

Qətnamədə deyilir ki, bunların satışından əldə olunan vəsait “Rusiyanın Ukraynaya qarşı hərb maşınının” maliyyələşdirilməsinə xərclənir.

Bundan əvvəl Kanada, Latviya, Estoniya, Litva və Çexiyanın parlamentləri Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamələr qəbul edib.

Bundan başqa Litva parlamentinin qəbul etdiyi qətnamədə deyilir ki, “Rusiya terroru dəstəkləyən və həyata keçirən dövlətdir”.

Aprelin ortalarında ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna siyasətini soyqırım adlandırmışdı: "Mən bunu soyqırım adlandımışam, çünki getdikcə daha da aydın olur ki, Putin sadəcə olaraq ukraynalı olmaq fikrinin yer üzündən silinməsinə can atır. Rusların Ukraynada törətdikləri çox dəhşətli əməllər barədə sübutlar artır”.

***

Bu arada Ukraynada müharibəyə görə Rusiya lobbiçilərinə Avropa Parlamentinə giriş qadağan edilib.

“Reuters” agentliyinin yazdığına görə parlamentin sədri iyunun 2-də deyib ki, “Avropa özünü Kremlin təsir və təbliğatından qorumalıdır”.

Avropa Parlamentinin sədri Roberta Metsola iyunun 2-də “Twitter”də yazıb: "Bu qərar dərhal qüvvəyə minir. Rusiya şirkət nümayəndələrinə giriş qadağan olunur. Biz onların Ukraynaya müdaxilə ilə bağlı təbliğatlarını və saxta mülahizələrini yaymalarına imkan verməməliyik”.

Parlamentin liberal “Renew” fraksiyası bu addımı alqışlayıb və onu “Rusiyanın dövlət təbliğat maşınına zərbə” adlandırıb.

Fraksiya bildirib ki, bu qərar Rusiyanın “davakar lobbiçilərini Avropa siyasətçilərini və siyasətlərini təsirləndirmək imkanını məhdudlaşdıracaq.