vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
18:36 | 10 iyun 2022 | Cümə Məqaləyə 749 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Orta Asiyada su qıtlığı

Türkmənistan problemi çözmək üçün Xəzərə üz tutur

MÖVZU İLƏ ƏLAQƏLİ

Aşqabad sakinləri son günlər şəhərə kran suyunun saatla verildiyini deyirlər. Prezident Sərdar Berdimuxammedov Xəzərdən Türkmənistan paytaxtına birbaşa şirinləşdirilmiş su nəqli sistemi yaratmağı təklif edib.

İyunun 9-da gün ərzində Aşqabada su təchizatı tamam kəsilib, yalnız axşam saat 6-da qısa müddətə bərpa olunub. Sonra gecə su yenidən kəsilib, iyunun 10-da bir neçə saatlıq verilib.

Şəhər hakimiyyəti gözlənən fasilələrlə bağlı sakinləri xəbərdar etməyib, yaxud durum haqda sonradan izahat verməyib.

Son illər bu Orta Asiya ölkəsində içməli su böyük problemə çevrilib. Yay aylarında ucqar regionlara kran suyu qrafiklə verilir. Aşqabadda isə suyun saatla verilməsi ötən yaydan başlanıb.

Prezident Berdimuxammedov iyunun 8-də deyib ki, Xəzər dənizindən şirinləşdirilmiş su sistemi qurmaq, suyu birbaşa kəmərlə Aşqabada çatdırmaq olar.

Türkmənistanın ucqar rayonlarında yayda havanın orta temperaturu 50 dərəcəni keçir. Bu zaman içməli su qıtlığı kəskinləşir. Bəzi regionlarda içməli su yalnız səhərlər bir saat, axşam isə iki saatdan da az müddətə verilir.