vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
21:23 | 11 iyun 2022 | Şənbə Məqaləyə 1114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Şahdəniz” proqnozları üstələdi

İstehsalat planı 106,2 faiz yerinə yetirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

2021-ci ildə “Şahdəniz” yatağında qaz hasilatının həcmi 22,62 milyard kubmetr təşkil edib. Bu barədə Hesablama Palatasının hesabatında məlumat verilir.

Qeyd olunur ki, bu göstərici 21,3 milyard kubmetr həcmində proqnozlaşdırılırdı. Beləliklə, “Şahdəniz”in istehsalat planı 106,2 faiz yerinə yetirilib.

Hesablama Palatasının məlumatına əsasən, 2021-ci ildə “Şahdəniz”də kondensat hasilatı 34,08 milyin barel təşkil edib. Bu göstərici 32,5 milyard kubmetr həcmində proqnozlaşdırılırdı. Beləliklə, “Şahdəniz”in kondensat hasilatı planı 104,86 faiz yerinə yetirilib.

Xatırladaq ki, “Şahdəniz” yatağının istismarı üzrə fəaliyyət göstərən konsorsiumun operatoru olan bp şirkətinin açıqlamasına görə, 2021-ci ildə yataqdan 23 milyard kubmetr təbii qaz və 34 milyon barel kondensat hasil edilib. (Trend)