vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
22:15 | 13 iyun 2022 | Bazar ertəsi Məqaləyə 773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran və Rusiya arasında gərginlik

Moskvanın Dəməşq hava limanını İsrailin hücumundan müdafiə etməməsi Tehranı pərt edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin Dəməşq hava limanına hücumundan sonra Rusiya ilə İran arasında ciddi gərginlik yaranıb. Bu barədə Livanın “Əl-Əkbər” qəzeti yazıb. Qəzetə görə, İsrail hadisədən bir saat əvvəl Dəməşq hava limanının atəşə tutulması barədə Rusiyaya məlumat verib.

Rusiya qüvvələri isə daha öncə Dəməşq hava limanını hava hücumundan müdafiə edəcəyinə söz vermişdi. İsrail tərəfi iranlıların Dəməşq hava limanı vasitəsilə Suriya və Livana hərbi texnika daşıdığını bəyan edib. İlk hücum mayın sonunda olmuşdu. Amma hücum o qədər də sarsıdıcı deyildi. İran təyyarəsi yerə enə bilmişdi. Sonuncu hücum zamanı isə hava limanı sıradan çıxıb.

Bundan sonra suriyalılar və iranlılar ruslardan “İsrailin Suriyanın mülki obyektlərinə və infrastrukturuna hücumlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi” tələb ediblər. Bəşər Əsəd Tehrana səfər edib, orada ruhani lider Əli Xameneyi və prezident İbrahim Rəisi ilə görüşüb.

Ruslara bildirilib ki, İsrail bu hücumlarla bütün sərhədləri keçib və Moskva bunu dayandırmalıdır. Hazırda ruslar İsrailin hərəkətlərinə barmaqarası yanaşırlar. Bildirilir ki, buna səbəb İsrailin Rusiyaya qarşı sanksiyalara yumşaq yanaşması və Ukrayna müharibəsində neytral mövqe sərgiləməsidir.