Şolts Putindən qorxur?
Kansleri Gazprom şirkətinin Almaniya filialını milliləşdirimədən imtina edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
13 ildən sonra ilk
Gəlirlər artsa da büdcədə kəsir əmələ gəlib
-
Afrika ölkəsi Almaniyanı hədələdi
Botsvana prezidenti Berlinə 20 min fil göndərəcəklərini deyib
-
“Demokratiya təhlükədə”
Almaniya daxili kəşfiyyatının rəsmisi ifadə azadlığının qorxunc həddə çatdığını deyir
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
44 rəqəmi qadağan olundu?
“Adidas” alternativ dizayn söz verib
-
Ayda 50 qram
Almaniya marixuananı leqallaşdırır
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Alman ordusu yaşlanır?
Kadr çatışmazlığı üzündən azyaşlılar hərbi xidmətə cəlb olunur
-
Almaniyada skandallar həftəsi ...
Ölkə tarixinin ən böyük maliyyə qalmaqalının məhkəməsi başlayır
-
Günün günorta çağı “sübh basqını”
Almaniyada üsyançılara qarşı əməliyyatlar davam edir
-
Özlərini eniş zolağına yapışdırdılar
“Son nəsil”in aksiyaları orijinal olduğu qədər də təhlükəlidir
-
Çevriliş planında rus barmağı?!
Həbs olunanlar 28 nəfərdən biri Rusiya vətəndaşıdır
-
Almaniyada çevriliş planları
Radikal sağçılar hökuməti zorla devirib kral ailəsinin üzvünü hakimiyyətə gətirmək istəyirmiş
-
Reanimasiyalar dolub
Almaniyada virus epidemiyası xaos yaradıb
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
Şoltsdan çağırış ...
Almaniya kansleri dünyanı bloklara böləcək yeni soyuq müharibə barədə xəbərdarlıq edib
Almaniya kansleri Olaf Şolts Rusiyanın “Gazprom” şirkətinin Almaniya filialı “Gazprom Germania” şirkətinin tam milliləşdirilməsi ideyasından imtina edib. Bu barədə öz mənbələrinə istinadən “Bloomberg” yazır.
“Bloomberg” saytının mənbələri bildiriblər ki, kanslerin fikrincə belə bir addım Rusiya prezidenti Vladimir Putini qəzəbləndirə, Rusiya qazının Almaniyaya nəqlinin dayandırılması ilə nəticələnə bilər.
Agentlik yazır ki, “Gazprom Germania” şirkətinin tam milliləşdirilməsini Almaniyanın iqtisadiyyat naziri Robert Habek istəyirdi.
Almaniya hökuməti sanksiyalar siyahısına salınmış şirkəti uzunmüddətli idarəçiliyinə götürüb.
Aprelin 4-dən bu şirkətə Almaniyanın federal şəbəkə agentliyi “BnetzA” rəhbərlik edir.
Bundan başqa “Reuters” və “Der Spiegel” məcmuəsinin məlumatına görə Almaniya hökuməti “Gazprom Germania” şirkətini mümkün müflişləşmədən qorumaq üçün böyük məbləğdə istiqraz buraxmaq niyyətindədir.
Söhbətin 9-10 milyard avrodan getdiyi xəbər verilir.
***
Bu plana əsasən Almaniyanın dövlət “KfW Group” bankı kredit ayıracaq. Daha sonra bu kredit yeni hamilik formasının nəzarətində birbaşa paya çevrilə bilər.
Hamilik forması sentyabradək uzadılacaq, vaxtı bitəndə isə şirkətin adı “Gazprom Germania GmbH” yox, artıq “Securing Energy for Europe GmbH” olacaq.
“Gazprom Germania” şirkətinin Almaniyada böyük qaz terminalı, London və Sinqapurda filialları olan qlobal ticarət komandası var.
Rusiyanın “Gazprom” şirkəti aprelin 1-dən “Gazprom Germania” şirkətində və onun bütün aktivlərində fəaliyyətini dayandırıb.
Üstəlik Rusiya mayın 11-dən “Gazprom”un xaricdəki keçmiş törəmə firmalarına sanksiyalar elan edib.
O vaxt Robert Habek bəyan etmişdi ki, Rusiya şirkətinin bu törəmələrinə qaz verilməsi dayandırılıb.
“Bloomberg” yazır ki, “Gazprom Germania” şirkətinin idarəçiliyi hamilər şurasına verildikdən sonra onun bir çox müştəriləri üz çeviriblər və şirkət müflişləşmə təhlükəsi ilə üzləşib.
Bu isə “Gazprom Energy” adı ilə ticarət edən Almaniya və Britaniya alıcılarını çökdürə bilər.
Almaniya kansleri Olaf Şolts onsuz da ölkə daxilində və xaricində Rusiya təcavüzünə qarşı vuruşan Ukraynaya könülsüz dəstək verməkdə ittiham olunur.
Bundan başqa Fransa prezidenti Emmanuel Makron da Ukraynanı danışıqlara getməyə və Rusiyanı “alçaltmamağa” çağırmışdı.