“Tətil günü nəzarət zəif olub”
SEPAH 5 gün əvvəl “Bəsic” qərargahındakı partlayışa münasibət bildirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran-İsfahan-Məşhəd arasında “gəzinti”
Zahidinin ölümündən əvvəlki səyahət marşrutu suallar yaradıb
-
Dini SEPAH “qoruyacaq”
“Əxlaq polisi”nin səlahiyyətləri İslam İnqilabı Keşikçiləri Korpusuna verildi
-
“Təmkinlə hərəkət etməsələr”
SEPAH himn oxumayan futbolçuları hədələyib
-
SEPAH generalından acı etiraf
Son etirazlarda 300-dən çox insan həlak olub
-
İsfahanda SEPAH zabiti öldürülüb
Şəhərin ən böyük zavodlarından birində tətillər başlayıb
-
Daha üç SEPAH komandirinə sanksiya
Fars-molla rejimi dinc əhaliyə odlu silahlardan istifadə edir
-
Erməni din xadimi repressiyaları dəstəkləyib
İrandakı Yeparxiya etirazçıların cəzalandırılmasına çağırış edib
-
Daha bir polkovnik ...
SEPAH zabitinin qəddarlığı sonunu gətirdi
-
2 gündə 3 polkovnik ...
Kirmanşahda SEPAH zabiti öldürülüb
-
SEPAH üzvü ataşelər
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
-
Tehranın təşkil etdiyi terror aktları
İranı terrorist dövlət kimi təqdim edən beynəlxalq sənədlər
-
Neft qaçaqmalçıları nəzarətdə
SEPAH ilə əlaqəli şəbəkəyə sanksiya qoyulub
-
“Ağ”la çəkilən “qırmızı xətt”
SEPAH-ın Ermənistanla narkotik ticarəti haqqında faktlar
-
İran təlimləri ölümlə başladı
Araz qırağına daşınan hərbi texnika qəzaya səbəb olub
-
Tehranın məqsədi əyan olur
İranın Azərbaycanla sərhədə qoşun yığması və “yüksəklikləri ələ keçirməsi” ...
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandirinin müşaviri və İran parlamentinin üzvü İsmayıl Kosəri bir neçə gün bundan öncə qurumun Tehranda əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında baş verən partlayış barədə açıqlama verib.
O, “Malik Əştər” adına “Bəsic” qərargahında iki əldə qayırma bombanın partladıldığını və bundan video çəkilərək təbliğat vasitəsi kimi istifadə edildiyini deyib.
“Xarici amillər nəzarət altında olduqları üçün buna cürət edə bilməzdilər. Onların içəridəki adamları tətil günü olduğu və gecə qaranlığından istifadə edərək buna əl atıblar”, – deyə Kosəri bildirib.
Kosərinin “tətil günü olduğu üçün nəzarətin az olduğu” fikri sosial media istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub.
Onlar Tehranda ən önəmli hərbi bazalardan sayılan bir yerin tətil günü olduğu üçün nəzarətsiz buraxılması fikrini gülüşlə qarşılayıblar.
***
İyulun 1-i yerli vaxtla saat 21:15-də İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Malik Əştər” qərargahına hücum olub. Tehranda əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında iki partlayış baş verib. Sosial mediada yayılan görüntülərdən qərargahda bir neçə dəfə partlayış səsinin eşidilyi, ardınca yanğın baş verdiyi müşahidə olunur.
“SEPAH” qərargahında partlayışların baş verməsi İsrail qaynaqları tərəfindən də təsdiq edilib və partlayışın bundan öncə İranın nüvə obyektlərinə dron hücumlarına oxşadığı bildirilib.
Hadisədən bir gün sonra hökumətə müxalif İran Xalq Mücahidləri Təşkilatı partlayışın məsuliyyətini öz üzərinə götürüb.