vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AKTUAL  
12:28 | 6 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 956 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

8600 toyuq məhv olub

Tayvanda quş qripi epidemiyası tüğyan edir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Tayvanın Pinqtunq şəhərinin Yanpu qəsəbəsindəki quşçuluq fermasında quş qripi (H5N2) epidemiyası bölgə rəsmilərini tədbirlər görməyə vadar edib. Yerli səhiyyə qurumları tərəfindən ötən bazar günü (4 dekabr) quş qripi epidemiyasından sonra xəstə olduğu məlum olan 8600-ə qədər toyuq məhv edilib. Şəhər bələdiyyəsi mətbuata açıqlamasında bildirib ki, keçən həftə cümə axşamı bölgədəki bir fermada anormal toyuq ölümləri qeydə alınıb. Ölümlərdən sonra məmurlar fermanı və ətrafını dezinfeksiya edib və topladıqları nümunələri sınaq üçün Heyvan Sağlamlığı Elmi-Tədqiqat İnstitutuna göndəriblər.

Bələdiyyə şəhərin şimal hissəsində yüksək riskli quşçuluq sahəsi olduğunu və hökumətin quş qripi epidemiyasının gedişini yaxından izləyəcəyini açıqladı. Görülən tədbirlər çərçivəsində rayondakı quşçuluq təsərrüfatlarında nəzarət və dezinfeksiya tədbirlərinin gücləndiriləcəyi açıqlanıb.

Pinqtunq Bələdiyyəsinin rəsmiləri toyuq fermalarına xəbərdarlıq edib ki, qripin yayılmasının qarşısını almaq üçün qoca, orta yaşlı və gənc toyuqların birlikdə bəsləməsinlər. O, xəbərdarlıq edib ki, əgər toyuqlar anormal şəkildə ölürsə və ya daha az su içməyə etməyə başlayırsa, vəziyyət barədə dərhal məlumat versinlər.