vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
18:08 | 7 iyul 2022 | Cümə axşamı Məqaləyə 768 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni böhran dalğası

Qərb iqtisadi modeli sual altına düşüb

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Boris Consonun istefası, Mühafizəkarlar partiyasına yeni liderin və nəticə olaraq da Böyük Britaniyaya yeni Baş Nazirin seçilməsi bu ölkənin Rusiyaya qarşı siyasətini kökündən dəyişməyəcək, amma bütün Qərb ölkələrinə dərs olacaq ki, öz səhv, yanlış siyasətlərini Rusiyanın “ayılığı”, vəhşiliyi və aqressiyası ilə ört-basdır etməsinlər.

Son illər Qərbdəki liderlik böhranı, “kovid-faşizm” kimi yeni fenomen, ağılsız qapanmalar, iqtisadiyyatın göz görə-görə çökdürülməsi, dünyaya 17 trilyon dollar pul səpilməsi bəşəriyyəti yeni, daha böyük iqtisadi durğunluqla üz-üzə qoyub. Artıq pul çapı ilə bu böhrandan çıxmaq mümkün olmayacaq, artıq mütləq uduzanlar, bankrot olan şirkətlər, ölkələr, insanlar olacaq, yeni böhran dalğası Qərb iqtisadi modelini də sual altına qoyur – çünki, son illər Qərb dəyərlərinə, rəqabətə, hüquqa, məntiqə, biznes təfəkkürünə, tələb-təklif qaydalarına söykənən işlək bir modeli bəzi çevrələr, özü də “kommunist-faşist” təşəkkürlü, amma özünü nədənsə “liberal” adlandıran çevrələr darmadağın etdilər. Orta sinfə qarşı “səlib yürüşü” başlandı, böyüməyi təşviq edən “istehlak modeli” dağıdıldı, ağılla, strateji baxışla görülməli olan işlər mənasızcasına sürətləndirildi, nəticədə Rusiya və Çin kimi ölkələr gücləndi, Qərb isə yeni model axtarışında yolunu azdı. 

Cəmi 15 il öncə Almaniya kimi ağıllı sistemi, cəmiyyəti olan ölkə məntiqsizcəsinə, populistcəsinə “yaşıl, bərpaolunan enerji” keçidinə getməklə atom elektrik stansiyalarını bağladılar, halbuki, AES-lər ekoloji ziyanlı deyil, necə ki, bu ilin əvvəli Avropa Birliyi Atom enerjisini “yaşıl” siyahıya saldı, amma gec oldu, Almaniya Rusiya qazından və neftindən o qədər asılı vəziyyətə düşdü ki, indi tərpənə bilmirlər. Rusiya isə bu mövzunu qəsdən gündəmdə saxladı, Avropanın “yaşıllarına” və “millətçilərinə” açıq-gizli maddi dəstək göstərdi, pul buraxdı ki, bu mövzu aktuallaşsın, Avropanın Rusiyadan asılılığı artsın. İndi də Qərb Rusiyanın neft-qazına məhdudiyyətlər qoyur, nəticədə öz ölkələrində qiymətlər artır, inflyasiya partlayır, əhali narazı qalır.

Bu gün Rusiyanın taktikası və strategiyası böhranı dərinləşdirərək Avropa və ABŞ-ı daha pis vəziyyətə salmaqdır. Qərbin ən güclü yeri də, ən zəif nöqtəsi də eynidir – demokratiya və seçki. Əhalinin vəziyyəti pisləşdikcə seçkilərdə anti-rusiya “partiyaları” uduzmağa başlayacaq, Putinin isə belə dərdi yoxdur – ümumiyyətlə avtoritar diktatorların seçki dərdi olmaması onları daha rahat davranmağa sövq edir. Bir sözlə, Conson məsələsi maraqlı və dərs çıxarılmalı mövzudur...