vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
15:58 | 7 iyul 2022 | Cümə axşamı Məqaləyə 761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Consonun istefası

Nələr gözlənilir?

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdi. Bunu Qərb-Rusiya qarşıdurmasının Ukrayna torpaqlarındakı təzahürü fonunda izah etmək yanlış olardı.

Çünki Britaniyada daxili siyasi təlatümlər tez-tez baş verir və bu, Londonun strateji müdafiə reflekslərinə zərbə endirmək potensialına malik deyil.

Britaniyada kimin baş nazir postunda əyləşməsindən asılı olmayaraq, o, qlobal siyasətini dərin strateji zəka ilə müəyyənləşdirir və bu proses davam edəcək.

Bununla belə, Britaniyada hökumətə sədrlik etmək uğrunda bir yarışa start verilir və bu sahədə bəzi prosedur qaydalar mövcuddur.

Birləşmiş Krallıqda baş nazir istefa verdikdə, bir qayda olaraq seçki keçirilmir. Boris Conson istefa versə də, onun payıza qədər vəzifəsinin başında qalacağı gözlənilir.

Əgər Conson payıza qədər baş nazir postunda qalsa, bu, o deməkdir ki, mühafizəkarlar yeni lider seçənə qədər öz vəzifəsini davam etdirəcək. Bu müddət ərzində Conson Nazirlər Kabinetinə yeni üzvlər təyin edə bilər.

Bir az da aydın olsun deyə, qeyd edək ki, Boris Conson Mühafizəkar Partiyanın liderliyindən istefa versə, yeni lider tapıldıqdan sonra, o, baş nazirlik postu ilə vidalaşacaq.

Bəs mühafizəkarlar öz liderlərini necə seçir?

Mühafizəkarlar Partiyasının lideri istefa verdikdən sonra, yeni lider seçimi üçün seçki başlayır. Qaydalara əsasən, liderliyə namizədlərin namizədliyini irəli sürmək üçün mühafizəkarlardan 8 deputatın dəstəyi lazımdır.

Əgər seçim zamanı ikidən çox namizəd qalarsa, bu zaman yalnız iki nəfər qalana qədər bir sıra səsvermə keçirilir.

Yəni:

– Birinci turda namizədlər seçkilərdə qalmaq üçün ən azı 5 faiz səs toplamalıdır,

– İkinci turda onlar 10 faiz səs qazanmalıdır,

– Növbəti turlarda ən az səs toplamış namizədlər mübarizədən kənarlaşdırılır,

– Sonda qalib iki nəfər arasından seçilir.

Britaniya mətbuatında Boris Consondan sonra kimin baş nazir olacağı da müzakirə edilir.

Həmin şəxslərin bəziləri bizə tanışdır. Məsələn, Böyük Britaniyanın təzəlikcə istefa verən səhiyyə naziri Sacid Cavid, indiki xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uollesin adları namizədlər sırasında çəkilir.

Britaniya özünün qlobal siyasət konsepsiyasını “Qlobal Britaniya” strategiyası ilə təzələyib və buna uyğun davranmaqda davam edəcək.

Yəni, daxili-siyasi təlatümlər Britaniyanın xarici siyasət kursuna təsir göstərməyəcək.