vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
10:48 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Viza şərtləri sərtləşdirir

Qərb dəyərlərinə hörmət etməyən və cinayət riski yüksək olanlar Britaniyaya buraxılmayacaq

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya hökuməti viza və deportasiya siyasətini sərtləşdirmək istəyir. Bu planların bir hissəsi kimi ən yüksək cinayət nisbətinə malik olan immiqrantların milliyyətlərinin sıralanması qeyd edilir.

İmmiqrasiya üzrə keçmiş daxili işlər naziri Robert Cenrik Cəza Ədaləti Qanununa yeni düzəliş təklif edib. Dəyişiklik, İngiltərə və Uels məhkəmələrində məhkum edilmiş hər bir cinayətkarın vətəndaşlığı, viza və sığınacaq statusunu hər il cinayət “liqası cədvəllərində” dərc edəcək.

Təxminən Mühafizəkarlar Partiyasının üzvü olan 12 deputatdan ibarət kiçik qrup dəyişikliyi dəstəkləyir. Bu barədə təfərrüatlar ilk dəfə “The Daily Telegraph” qəzetində verilib.

Təklif olunan dəyişiklik, rəqəmlərin 2024-cü ilə qədər Kanalı keçərək Böyük Britaniyaya qədəm qoyan miqrantların sayının təqvim ilinin ilk üç ayı üçün rekord həddə çatdığını göstərdikdən bir neçə gün sonraya təsadüf edir.

Hökumətdəki mənbə nazirlərin “əlbəttə ki, bu dəyişikliyi düzgün şəkildə araşdıracaq və həmişəki kimi həmkarları ilə müzakirə edəcəklər”, – deyib. Bununla belə, təklifin mümkünlüyü ilə bağlı narahatlıqların olduğunu bildirib.

BBC Radio-nun “Today” proqramına danışan sabiq İmmiqrasiya üzrə Dövlət Naziri, mühafizəkarlar Partiyasının millət vəkili Robert Cenrik (Robert Jenrick), Böyük Britaniyanın cinayət idxal etdiyinə dair “əhəmiyyətli və artan” sübutların olduğunu deyib. O, artıq viza müraciətlərində immiqrantların vətəndaşlıqlarının nəzərə alındığını söyləyib. “Mənim təklifim odur ki, burada cinayət məlumatları rol oynamalıdır. Biz yüksək cinayət riski yüksək olan vətəndaşlara daha ciddi yoxlama tətbiq olunmasını istəyirik”.

Daxili İşlər Nazirliyinin son rəqəmlərinə görə, İngiltərə və Uelsdəki həbsxanalarda məhkum olunan 10,300 xarici vətəndaş var ki, bu da məhbusların ümumi sayının təxminən 12 faizinə bərabərdir.

Qaçqınlar Şurası Böyük Britaniyada sığınacaqla bağlı qaydaların onsuz da “çox sərt” olduğunu bildirib. BBC-yə danışan qrup bəyan edib ki, ağır cinayətlər törədənlərin ölkədə qalmasına icazə verilmir.

Robert Cenrik Britaniya Xəbər Kanalına (GB News) verdiyi açıqlamada “düşünürəm ki, ictimaiyyət ölkəmizə gələn insanlar və immiqrasiyanın iqtisadi, maliyyə və sosial təsirləri haqqında bilmək istəyir.

Bu ölkəyə gələnlər arasında bizə pislik edənlər də var. Liberal dəyərlərimizi – qadınlara və azlıqlara münasibətimizi paylaşmayan ölkələrdən gələnlər var və biz bu barədə açıq və dürüst olmalıyıq”, – deyib.

Cenrik həmçinin iddia edib ki, o və keçmiş daxili işlər naziri Suella Braverman dəfələrlə məsələni qaldırmağa çalışıblar, lakin baş nazir Rişi Sunak (Rishi Sunak) qanuni immiqrasiyaya nəzarət alınması barədə “danışmaq istəməyiblər”. Bu iddia “Downing Street” (Böyük Britaniya baş nazirinin iqamətgahı və ofisi) mənbələri tərəfindən təkzib edilib.

Bir neçə ay öncə dərc edilən və sonradan yenidən işlənmiş rəsmi proqnozlar xalis immiqrasiyanın – (Britaniyaya gələn və gedən insanların sayı arasındakı fərq) 2022-ci ildə rekord həddə – 745,000-ə çatdığını göstərdiyi üçün Sunak lazımı tədbirlərin görülməsi ilə bağlı partiyasının sağ qanadındakı millət vəkillərinin təzyiqinə məruz qalıb.

Hökumət hazırda Britaniyaya qanuni yolla gələn insanların sayını azaltmağı, o cümlədən xarici vətəndaşların ailə üzvlərini İngiltərəyə gətirməsini qadağan etməyə çalışır. Məhdudiyyət təklifləri kimi ailə üzvlərini gətirilməsi qaydalarında nəzərdə tutulan əməkhaqqı minimumunun 38,700 funt-sterlinqə yüksəltmək göstərilir.

Daxili işlər naziri Ceyms Kleverli (James Cleverly) İmmiqrasiya Məsləhət Komitəsindən beynəlxalq tələbələr üçün magistratura müraciətlərini nəzərdən keçirməyi xahiş edib. Ailə vizaları üçün minimum gəlir tələbi 11 apreldən etibarən 29,000 funt-sterlinqə, 2025-ci ilin əvvəlində isə 38,700-ə qədər artırılacaq.

Baş nazir Rişi Sunak əvvəlllər də xalis miqrasiyanın azaldılması üçün “nə lazımdırsa, edəcəyini” vəd etmişdi.