vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
15:02 | 8 iyul 2022 | Cümə Məqaləyə 626 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Narahat olmağa dəyməz”

Boris Consonun istefası Ukrayna müharibəsinin taleyini həll edəcək?

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya Federasiyası Ukraynaya hücum etməklə tam olaraq bataqlığa saplanmış vəziyyətdədir və geriyə yolu yoxdur”. Bunu hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Rusiya yeni bir Əfqanıstan cəbhəsinin bənzəri kimi Ukrayna müharibəsinə sürükləndirildi:

“Bu, bizə 1979 - 1989-cu illərdə Sovetlər Birliyi ilə Əfqanıstan arasında, əslində isə ABŞ ilə olan assimetrik müharibələri xatırladır. Bu planlaşdırılmış qarşıdurmanın nəticəsi olaraq Sovet Rusiyası parçalandı. Sovetlər Avrasiyada parçalanmış türk dünyasına alternativ olaraq Çinin qarşısına çıxarılacaq bir ilk olaraq görülsə də zamanla Çinin ideoloji olaraq yaxınlığı təhlükələr yaratmağa başladı və 10 illik Əfqanıstan mücadiləsi edilən səhvi qismən düzətlmiş oldu. Amma davamı var idi...

Qlobal güclər artıq anlamağa başladılar ki, 2030-lu illərdə ciddi təhdid ola biləcək Çinin qarşısında fiziki olaraq dayanaq güc irsən bilinən Türk Dövlətləri Birliyidir. Çünki Rusiya hələ də Çin ilə BRİCS tərkibində müttəfiq olaraq qalmağa davam edəcək. Amma yeni yaranacaq türk həmrəyliyini dəstəkləmək üçün Rusiya tərkibində mövcud olan türk mənşəli xalqların müstəqillik qazanması da bir o qədər strateji əhəmiyyətli idi. Bu səbəblə Rusiya yeni bir Əfqanıstan cəbhəsinin bənzəri kimi Ukrayna müharibəsinə sürüklənməli idi. Bu, həm də uzun müddətdən bəri zəifləmiş NATO dövlətlərinin həmrəyliyini gücləndirmiş olacaqdı. 

Bugünlərdə İngiltərə baş nazirinin istefası başqa bir gündəm olub. Düşünülür ki, bu istefa Ukrayna cəbhəsini zəiflədə bilər. Ancaq İngiltərə siyasi iradəsi heç bir zaman şəxslərdən asılı olmadı və mövcud dəyişikliklərdən narahat olmağa dəyməz. Narahatlıq deyirəm, çünki Rusiyanın qələbə qazanmasını istəyən dövlətlər varsa da barmaqla sayılır.

Bütün bunları nəzərə alsaq, Rusiya Federasiyası kəsinliklə parçalanmağa məhkumdur və onun siyasi iradəsi gedişatın fərqindədir. Azərbaycan sərhədlərində, Qazaxıstanda, Özbəkistanda həyata keçirilən təxribatlar da bu səbəblədir. Amma artıq gecdir zamanın hökmü bizdən yanadır. Yeni bir Türk İslam həmrəyliyi dövrü başlayıb”. (Milli.Az)