Rus xəfiyyələrinin siyahısı açıqlanacaq
Ukrayna, Gürcüstan və Qərbdə casus şəbəkəsinin ifşasına başlanılıb
X.CƏFƏRLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın şah damarına zərbə
Heç kimə qulaq asmayan Ukrayna Novorossiysk limanını vurub
-
Rusiya torpaqlarına ABŞ raketləri
Ukrayna Bayden administrasiyasından kəşfiyyat məlumatları və silahlardan istifadə izni istəyib
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın casus şəbəkəsinin ifşa olunmasını da aktuallaşdırdı. Ukrayna, Gürcüstan və Qərbdə Rusiya agentura şəbəkəsinin ifşa olunması istiqamətində addımlar atılır. Bolqarıstanlı jurnalist, araşdırmaları ilə məşhur olan “Bellingcat” qrupunun rəhbəri Xristo Qrozev Ukraynadakı rus xəfiyyələrinin siyahısını hazırlayır. Xristo Qrozev Kremlin satın aldığı 600 avropalı siyasətçinin siyahısını da dərc edəcəyini bildirib.
Gürcüstan müxalifəti də Rusiyanın casus şəbəkəsinin ifşa edilməsini mübarizəsinin əsas istiqamətlrindən birinə çevirib. “Aqmaşenebeli Strategiyası”nın lideri Georgi Vaşadze, Gürcüstanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) tapşırığını yerinə yetirənləri ifşa etməyə başlayıb. Vaşadze bildirib ki, Rusiyanın casus şəbəkəsi ABŞ-a və Avropa Birliyinə qarşı təbliğat aparır, Rusiyanın məğlubedilməzliyi mifini yayırlar.
Xristo Qrozev kimi Georgi Vaşadze də Kreml xəfiyyələrinin əsas hədəfinin Rusiyanın Ukraynadakı cinayətlərini ifşa edənləri nüfuzdan salmaq olduğunu qeyd edir. Vaşadze hesab edir ki, Rusiyanın casus şəbəkəsi bununla Moskvanın hərbi cinayətlərini məhkum edən ictimai rəyin yaranmasının qarşısını alırlar.