Canlı efirdə etiraz etmiş jurnalist saxlanıb
Almaniyanın “Die Welt” qəzetində üç ay təlim keçən Ovsyannikova iyulun əvvəlində Rusiyaya qayıtmışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
“Türkiyənin Rusiyadan başqa prioritetləri var”
ABŞ mediası: “NATO mümkün müharibəyə hazırlaşarkən daxili problemlərlə mübarizə aparır”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Türkiyənin namizədi bəlli oldu
NATO Stoltenberqin varisini müəyyən etməyə tələsir
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
Canlı efirdə müharibəyə etirazı ilə tanınmış rusiyalı jurnalist Marina Ovsyannikova Moskva vilayətindəki evinin yaxınlığında polis tərəfindən saxlanıb. Məlumatı iyulun 17-də onun vəkili yayıb.
Sonradan jurnalist Rusiya ordusunu nüfuzdan salan hərəkətlərdə ittiham olunduğunu yazıb. O, Moskvanın Basmannı məhkəməsi yaxınlığında müxalifətçi İlya Yaşinə dəstək müsahibəsi ilə əlaqədar suçlanır. Yaşin Rusiya ordusu haqda saxta informasiya yaymaqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Ovsyannikova ötən həftə təkadamlıq piket keçirib, “Putin qatildir, əsgərləri faşistdir” sözləri yazılmış plakat, Ukraynada öldürülmüş uşaqların fotolarını qaldırıb. Jurnalist onda saxlanmayıb.
***
Ovsyannikova martın 14-də Rusiyanın “Birinci Kanal”ının efirində “Vremya” xəbər proqramının studiyasına daxil olaraq rusca “Müharibəni dayandırın. Propaqandaya inanmayın. Onlar sizə yalan danışırlar” yazılmış plakat qaldırıb. O rusca “Müharibəni dayandırın. Müharibəyə yox” şüarı səsləndirib.
Etiraz vaxtı Birinci Kanal-da prodüser işləyən Ovsyannikovanın aprelin 11-də “Die Welt”in onlayn versiyasında ilk yazısı çıxıb. “Rusiyalılar qorxurlar” adlı məqalədə o, etirazının nəticələrindən danışıb.
Daha sonra saxlanan jurnalist qanunsuz etirazlara çağırışa görə 30 min rubl (təxminən 500 dollar) cərimələnib.
Birinci Kanal-dan istefa verən Ovsyannikova bir neçə ay xaricdə, o cümlədən Ukraynada olub, dəfələrlə müharibəni pisləyib.
O, Almaniyanın “Die Welt” qəzetində üç ay təlim keçib, iyulun əvvəlində Rusiyaya qayıtdığını elan edib.
***
Kreml fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan Rusiyada jurnalistlərə, fəallara, digər şəxslərə təzyiqləri gücləndirib. Hökumət bunu müharibə deyil, “xüsusi əməliyyat” adlandırır.
39 yaşlı Yaşin Kremlin açıq tənqidçisidir. O, müxalifət lideri Aleksey Navalnının həbsindən sonra onun tərəfdarlarına repressiya dalğasına rəğmən Rusiyada qalan azsaylı tanınmış müxalifətçilərdən biridir.
Yaşin son həftələr Rusiya ordusunu nüfuzdan salma ittihamları ilə dörd dəfə cərimə olunub. O ötən ay deyirdi ki, itaətsizlik ittihamıyla həbsi bu müddətdən sonra ona qarşı cinayət işinin açılmasını istisna etmir.
Yaşin deyib ki, hakim orqanlar onu Rusiyadan getməyə vadar etmək istəyir. O isə imtina edir.