vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
12:10 | 18 iyul 2022 | Bazar ertəsi Məqaləyə 671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya siyasətində yeni mərhələ – sui-qəsd

Elitada böyük qarşıdurmanın – hakimiyyət və sərvətlərin yenidən bölüşdürülməsi başlayıb

Dadaş ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya-Ukrayna müharibəsi uzandıqca yeni-yeni xüsusiyyətlər ortaya çıxmağa başlayır. Bu xüsusiyyətlər həm sıravi vətəndaşlar səviyyəsində etirazlar şəklində, həm də elitada baş verən qəribə hadisələr şəklində özünü göstərir. Əgər vətəndaşların etirazları ilk dövrlərdə kütləvi aksiyalarda özünü büruzə verirdisə, dövlət orqanlarının sərt müdaxiləsi ilə bu aksiyalar minimuma endirildi. Amma bununla belə, müharibənin əhəmiyyətsizliyini dərk edən insanlar öz həyatlarının qayğısına qalaraq, hərbi münaqişələrdə iştirakdan imtina yolunu tutmağa başlayıblar. Elə 500 nəfərə qədər buryat əsilli vətəndaşın müqaviləni pozaraq müharibəyə getməkdən imtina etməsini xatırlatmaq kifayətdir. Elita nümayəndələrinin etirazları sırasında isə ən parlaq nümunə Dmitri Medvedevin intihara cəhd etməsi faktı bu yaxınlara qədər ən diqqət çəkən hal kimi dəyərləndirilə bilər. Amma indi haqqında məlumat verəcəyim hadisə heç də bundan geri qalan deyil.

Bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin həyatına qəsd edilib. Həm sui-qəsdin özü, həm də bu sui-qəsdin araşdırılması ilə bağlı məlumatlar ciddi məxfilik şəraitində saxlanılır. Məlumdur olan odur ki, Nikolay Patruşev axşam işdən sonra, evə gedəndən demək olar ki, dərhal sonra özünü pis hiss edib. Mühafizə xidməti dərhal işə həkimlər briqadasını çağırıb. Müayinədən sonra gələn tibb işçiləri təcili xəstəxanaya yerləşdirmənin zəruri olduğunu bildiriblər və Patruşevi Federal Mühafizə Xidməti əməkdaşları öz nəqliyyatında tibb işçilərinin müşayiəti ilə prezidentə xidmət edən tibb bölməsinə aparıblar. Yardım göstərildikdən sonra Patruşev normal vəziyyətdə evə aparılıb. Onun analizlərinin nəticələri zəhərli maddənin sintetik zəhər olduğunu təsdiqləyib.

Patruşev vaxtında göstərilən tibbi yardım və ehtimal ki, dəri vasitəsilə bədənə daxil olan zəhərli maddənin kifayət qədər yüksək konsentrasiyasının olmaması səbəbindən xilas ola bilib. Bu məlumatın açıqlanmasının fəsadları barədə xəbərdarlıq edilən həkimlər və FMX-nin bir neçə əməkdaşından başqa, FTX rəhbərliyində olan üç nəfər və onların təyin etdiyi, istintaq aparan beş nəfərdən ibarət qrup vəziyyətdən xəbərdardır.

Prezidentə, demək olar ki, lap sonda – Patruşevin həyatı üçün təhlükə olmadığı zaman məlumat verilib. “Sui-qəsdin arxasında kimlər dayanır, hansı motivlər dayanır və ümumiyyətlə, bu qədər yüksək səviyyəli iqtidarı nümayəndəsinə əslində, baş tutmuş sui-qəsdin təşkili necə mümkün olub” kimi suallar araşdırılmaqdadır. Ancaq bir şey aydındır ki, bu, elitada böyük qarşıdurmanın – hakimiyyət və sərvətlərin yenidən bölüşdürməsinin yalnız başlanğıcıdır. Baş verənlərin təfərrüatlarını bilə-bilə əminliklə demək olar ki, bu, tamaşa deyildi. Yəqin ki, zamanla bu sui-qəsd mövzusu ilə bağlı kifayət qədər maraqlı detallar məlum olacaq.