“Onlar həvəslərini itirmək üzrədir”
Ukrayna Rusiyanı mülki hədəflərə yeni zərbələr endirməkdə ittiham edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vyetnam müharibəsi taktikası
“Pilotlar çox təhlükəli missiyalara göndərilir”
-
“Öz ərazilərini vururlar”
Hədəfdən böyük ölçüdə yayınmalar bombalanmanın uğrursuzluğunu göstərir
-
500 min əsgərlə hücum
Ukrayna yarım milyonluq gücü 40 min nəfərlik ordu və PUA-larla qarşılayacaq
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
Rusiya xarici işlər nazirinin Moskvanın Ukraynadakı müharibəsini Donbasdan kənara genişləndirdiyi barədə xəbərdarlıq etməsindən bir gün sonra Rusiya qüvvələri yenidən Ukrayna şəhərlərinə uzun-mənzilli artilleriya ilə zərbə endirirlər.
Ukrayna rəsmiləri cümə günü deyib ki, Rusiya bir neçə rayona, o cümlədən Ukraynanın ikinci ən böyük şəhəri Xarkovda bir bazara zərbə endirib. Nəticədə üç nəfər ölüb, 23 nəfər yaralanıb.
Bölgə qubernatoru Oleq Sinequbov deyib ki, ölənlər arasında bir uşaq var. Polis və digər rəsmiləri isə həmin ərazidə heç bir hərbi hədəflərin olmadığını bildirib.
“Rusiya ordusu Xarkova, dinc yaşayış məntəqələrinə təsadüfi şəkildə atəş açır, mülki vətəndaşlar ölür”, – mer İhor Terekov deyib.
Bundan əlavə cümə axşamı Donetsk bölgəsinin qubernatoru Pavlo Kirilendo “Reuters”ə bildirib ki, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın nəzarət etdiyi Kramatorsk və Konstiantinivkada iki məktəb dağılıb, bir raket isə Baxmut şəhərinə atılıb.
Bunlar Rusiya xarici işlər naziri Sergey Lavrovun dövlət mediasına Rusiyanın Birləşmiş Ştatlar və digər Qərb ölkələrinin Ukraynanı silahla təmin etməsi səbəbilə əməliyyatları genişləndirməyi nəzərdən keçirdiyini bildirməsindən bir gün sonraya təsadüf edib.
Ancaq Qərbin kəşfiyyat rəsmiləri Rusiyanın təhdidini həyata keçirmək imkanına şübhə ilə yanaşırlar.
“Məncə onlar həvəslərini itirmək üzrədir”, – Britaniyanın “M16” kəşfiyyat xidmətinin başçısı Riçard Mur cümə axşamı Aspen Təhlükəsizlik Forumunda deyib.
“Bizim dəyərləndirməmiz odur ki, rusların növbəti həftələrdə canlı qüvvə və avadanlıq təmin etmələri çətinləşəcək”, – o deyib. “Bu, ukraynalılara cavab zərbələri endirməyə imkan verəcək”.
Estoniyanın xarici kəşfiyyat idarəsinin rəhbəri də çərşənbə günü bənzər fikirlər səsləndirib.
“Mən Ukraynanı axır-əvvəl Ukraynadakı rus ordusunu məğlub edəcəyindən ehtiyatlı şəkildə arxayınam”, – Mikk Marran Aspen Forumunda deyib.
“Bu asan olmayacaq. Bu vaxt alacaq və bəlkə də Ukrayna bütün işğal olunan torpaqları geri ala bilməyəcək, amma strateji baxımdan Putin uğur qazanmayacaq”, – o əlavə edib.
Britaniyanın müdafiə nazirliyi cümə axşamı bildirib ki, Rusiya qüvvələri Donbas bölgəsində cəbhə xətti boyunda kiçik miqyaslı hücumlar etməyə davam edib.
Nazirlik gündəlik brifinqində deyib ki, Rusiya Donetskin şimal-şərqində Vuqleqorska elektrik stansiyasına yaxınlaşır və Rusiya qüvvələri kritik infrastrukturları ələ keçirməyə prioritet verir.
ABŞ çərşənbə axşamı Ukraynaya dörd əlavə raket sistemi, habelə əlavə artilleriya mərmiləri göndərmək planını açıqlayıb.