vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
08:19 | 12 oktyabr 2022 | Çərşənbə Məqaləyə 922 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“NATO heç vaxt Rusiyaya...”

“Ukraynaya dəstəyinin risksiz alternativləri yoxdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Şimali Atlantika Müqaviləsi Təşkilatı heç vaxt Rusiyaya “imtiyaz” verməyəcək ki, Ukraynada nüvə silahının mümkün istifadəsinə NATO-nun cavabını əvvəlcədən bilsin”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO Rusiya nüvə qüvvələrinin hazırlığını və ya ölkənin nüvə siyasətində dəyişiklikləri müşahidə etməyib.

“Bununla belə, biz ayıq qalacağıq və təbii ki, onlara Ukraynada nüvə silahının tətbiqinə necə cavab verəcəyimizi dəqiq bilmək imtiyazını heç vaxt verməyəcəyik. Qərbin Ukraynaya dəstəyinin risksiz alternativləri yoxdur, halbuki Rusiyanın münaqişədə qələbəsi alyansın müttəfiqlərini böyük risk altına atacaq”. (Report.az)