vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
10:23 | 13 oktyabr 2022 | Cümə axşamı Məqaləyə 746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransa Avropa Birliyinə qarşı

Ermənistana görə Azərbaycana qarşı sanksiya tələb edən Makron danışıqlarda vasitəçi ola bilməz

ASİF

Makronun “France-2” telekanalına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul edilə bilməz, çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir.

Müsahibədə əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir “güzəştə” əsas vermədiyi haqda dedikləridir.

“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınmır”, – Makron deyib.

Bununla “Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Cosef Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir. Gələn ay Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq.