vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
12:40 | 22 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çində COVİD dalğasının sayı itib

Parklar, ticarət mərkəzləri və muzeylər yenidən bağlanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Pekində yeni növ koronavirus (COVİD-19) infeksiyasının növbəti dalğasının yayılması ilə əlaqədar parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb.

Paytaxtda 1 438 yeni yoluxma halının qeydə alındığı, bazar günü isə yoluxanların sayının 962 nəfər təşkil etdiyi bildirilib.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar paytaxt sakinlərinə evdə qalmaq çağırışı edilib, şəhərlərdə əhali arasında kütləvi testlər davam etdirilir.

Ölkədə COVİD-19 ilə əlaqəli iki yeni ölüm halının qeydə alındığı da açıqlanıb.

Uhanda isə sakinlərə yalnız iş və ev arasında səyahət etməklə bağlı xəbərdarlıq edilib.

Bazar ertəsi günü Çində ümumilikdə 28 127 yeni yoluxma halının təsdiqləndiyi açıqlanıb və bunun apreldə qeydə alınmış rekord sayda sutkalıq yoluxma göstəricisinə yaxın olduğu bildirilib.