vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
15:45 | 2 dekabr 2022 | Cümə Məqaləyə 719 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sənaye casusluğu

Çinli işçi ticari məlumatları oğurlamaqda günahlandırılır

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanadada elektrikli avtomobil akkumulyatoru ilə bağlı araşdırmalar aparan şəxsə ticarət sirlərini Çinə daşıdığı səbəbilə qanuni tədbir görülüb.

Kanada Kral Atlı Polisi (RCMP) bazar ertəsi Kvebek əyalətində elektrik enerjisi istehsalı və paylanması xidmətləri göstərən “Hydro-Quebec” ictimai kommunal müəssisəsində işləyən Yueşeng Vanqı həbs edib.

RCMP-dən verilən açıqlamada, 35 yaşlı işçinin “Çinə fayda gətirəcək və Kanada iqtisadiyyatına zərər verəcək ticarət sirlərini ələ keçirmək” iddiası ilə məhkəməyə verildiyi bildirilib.

Vanq şirkətdə elektrik nəqliyyat vasitələri və enerji saxlama sistemlərində istifadə olunan batareyalar üzərində araşdırma aparırdı.

RCMP-dən David Beaudoin, sözügedən hüquqi prosesin ölkədə ilk dəfə İnformasiya Təhlükəsizliyi Qanununa əsasən “sənaye casusluğu” ittihamı ilə başladığını bildirib.

Müvafiq olaraq, işçinin 2018-ci ilin fevralından 2022-ci ilin oktyabr ayına qədər kommersiya sirrini ələ keçirməsi, bu sirləri əldə etmək üçün saxtakarlıq etməsi, etibardan sui-istifadə etməsi və şirkətdə kompüterə icazəsiz giriş əldə etməsi əsasları ilə iş başlanıb.

“Hydro-Quebec” şirkətinin təhlükəsizlik işçilərindən biri olan Dominic Roy, Vanqın şirkət sistemində şübhələrə səbəb olan əməliyyatlarını ilk dəfə avqust ayında gördüklərini söylədi. Bildirilib ki, şirkətin RPŞ-yə etdiyi şikayət əsasında işçi barəsində araşdırma başlayıb.

Bildirilir ki, Vanq 2016-cı ildə şirkətə qoşulmazdan əvvəl ABŞ-ın Arkanzas Universitetində doktoranturadan sonra tədqiqatçı və İngiltərədəki “Queen Mary” Universitetində qonaq alim olub.

LinkedIn profilinə görə, Vanq Çin Elmlər Akademiyasında fizika üzrə fəlsəfə doktoru və materialşünaslıq üzrə magistr dərəcəsinə malikdir.