
Ukrayna müharibəsi poliqona dönüb
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Açıq mənbə kodlu modellər böyük maraq doğurur
Çipin üstündəki gözlər
Demokrat sələfinin 4 ildə etdiyini, Respublikaçı lider 5 ayda bacardı
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
Tramp: “ABŞ ödənişi alacaq”
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
ABŞ prezidenti 92 milyard dollardan çox investisiya ediləcəyini açıqladı
Yaxud Tramp və Ukrayna labirinti
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
Statistik artım, real zəiflik – deflyasiyanın kölgəsində nikbin proqnozlar
Rusiyanın taktikasının qarşısını almaq üçün Avropa hərəkət etməlidir
Cəmi 5 milyon əhalisi olan Yeni Zelandiyanın kəşfiyyat imkanları çox genişdir.
Anqlo-sakson ölkələrinin kəşfiyyat xidmətlərinin “Beş göz” (“Five Eyes” - FVEY) adlanan ittifaqı var. Bu barədə anlaşma 1940-cı ildə əvvəlcə ABŞ və Britaniya arasında əldə olunub və 1946-cı ildə məxfi UKUSA razılaşması ilə rəsmiləşdirilib. (United Kingdom – United States of America Agreement.) 1948-ci ildə Kanada, 1956-cı ildə Avstraliya və Yeni Zelandiya bu sənədə qoşulublar. Bu çərçivədə adı çəkilən ölkələrin əsas kəşfiyyat strukturları – “CIA”, “MI-6”, “CSIS” (Kanada), “ASIS” (Avstraliya) və “GCSB” (Yeni Zelandiya) arasında fasiləsiz rejimdə məlumat mübadiləsi həyata keçirilir. Avropa ölkələrinin analoji strukturları ilə də əlaqə və koordinasiya var, amma bu səviyyədə yox. Fransa 2009-cu ildə “Beş göz”ə qoşulmaq istəsə də, onu qəbul etməyiblər.
Bəs necə olur ki, dünyanın dörd tərəfində tor qurmuş bu güclü ittifaq öz içərisindəki terror hazırlıqlarından xəbər tutmur?
Yəqin ona görə ki, bu birliyin əsas diqqəti xarici kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinə yönəlib. Məsələn, 2-ci dünya savaşından sonra əsas hədəf ideoloji düşmən SSRİ idi. 11 sentyabr hadisəsindən sonra asimmetrik təhdidlərə - qlobal terrorizmə qarşı mübarizə prioritet olsa da, son illərdə gözlər yenə geosiyasi rəqiblərə - əsasən Çinə və Rusiyaya zillənib.
Daxildə hazırlanıb həyata keçirilən terror aktlarının qarşısını almaq ilk növbədə daxili təhlükəsizliyə məsul olan qurumların işidir. Bu sahədə boşluqlar olduğu görünür.