Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:06 | 17 iyul 2025 | Cümə axşamı
Məqaləyə 1391 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin, ABŞ-dan gələn hədələri ciddiyə almır və Ukraynada müharibəni daha da gücləndirməyə, əlavə əraziləri ələ keçirməyə hazır görünür.
Adlarının açıqlanmaması şərti ilə “Reuters”ə danışan Kremlə yaxın olan üç mənbənin sözlərinə görə, Putin nə iqtisadi sanksiyalara, nə də hərbi təzyiqlərə baxmadan döyüşmək niyyətindədir. Mənbələrdən biri qeyd edir ki:
“Putin hesab edir ki, bu günə qədər onunla heç kim – amerikalılar da daxil olmaqla – sülhün detalları barədə ciddi şəkildə danışıqlar aparmayıb. Buna görə də, o, öz məqsədlərinə çatana qədər mübarizəni davam etdirəcək”.
Putinin irəli sürdüyü sülh şərtləri aşağıdakılardır:
Ukraynanın NATO-ya üzv olmaması,
NATO-nun şərqə doğru genişlənməməsi,
Ukraynanın hərbi baxımdan neytral qalması,
Krım, Donetsk, Luqansk, Zaporojye və Xersonun Rusiya ərazisi kimi tanınması.
Hazırda Rusiya ordusu Ukraynanın təxminən 20 faizini nəzarətdə saxlayır. Son üç ayda Kremlin qüvvələrinin 1415 kv.km-lik irəliləyiş əldə etdiyi qeyd olunur. Mənbələr bildirir ki, Ukraynanın müdafiə sistemi tamamilə çökənədək Putin savaşı davam etdirə və yeni ərazi iddiaları irəli sürə bilər. Bu baxımdan, Dnepr, Sumı və Xarkov şəhərləri növbəti hədəflər kimi göstərilir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp Almaniyadan Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə başlanıldığını elan edib. 14 iyulda isə Tramp bəyan etmişdi ki, əgər Rusiya 50 gün ərzində Kiyev ilə razılaşmaya gəlməsə, Moskvaya qarşı tətbiq olunan gömrük tariflərini 100 faiz artıracaq.
Kremlə yaxın mənbələr Tramp haqqında bunları deyir: “Putin anlayır ki, Tramp qeyri-sabit və proqnozlaşdırılması çətin bir siyasətçidir. Onu qəzəbləndirməmək üçün müxtəlif manevrlər edir”.
CNN isə bildirir ki, Putin bu 50 günlük pəncərəni savaşı genişləndirmək və daha çox ərazi ələ keçirmək üçün fürsət hesab edə bilər.