Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:02 | 16 iyul 2025 | Çərşənbə
Məqaləyə 849 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Tramp, Ağ Evdəki ikinci dövrünün 5 ayında, demək olar ki, sələfi Co Baydenın bütün prezidentliyi boyunca həyata keçirdiyi qədər hava zərbəsi endirib.
Bu analiz, dünyadakı münaqişələrin xəritəsini çıxaran “Acled” (Silahlı Münaqişə Yer və Hadisə Məlumatları) hesabatına əsaslanır.
Seçki kampaniyası zamanı ABŞ-ın hərbi münaqişələrdən uzaq duracağına söz verməsinə baxmayaraq, Tramp vəzifəyə gəldiyi gündən bəri 529 hava zərbəsinə nəzarət edərək hava əməliyyatlarını artırıb. Əvvəlki ABŞ prezidenti 4 illik dönəmində 555 hava zərbəsi endirilmişdi.
Bu hücumlar Suriya, İraq, Yəmən və Somali bölgələrini hədəf almışdı. Bu ölkələr Bayden dövründə də hücumların istiqaməti olmuşdu.
Ancaq Tramp dövründə ABŞ, Liviyaya və Əfqanıstana hücum etməsə də, İranın nüvə proqramını hədəf kimi siyahıya əlavə etdi.
Trampın hücumlarının çoxu, mart ayında ABŞ-ın Qırmızı dənizdə dəniz nəqliyyatını təhlükə altına alan İranın dəstəklədiyi Husi üsyançılarına qarşı apardığı kampaniyanın tərkib hissəsi olaraq Yəmənə yönəldi.
ABŞ əməliyyatı, üsyançılarla əldə olunmuş atəşkəs müqaviləsi ilə sona çatsa da, Husilər keçən həftə iki gəmini batırdı. “Acled” məlumatlarına görə, Yəmən üsyançıları ABŞ zərbələrinə qarşı güclü müqavimət göstərib və yanvar ayından bəri 470 dəfə hücuma məruz qalmalarına baxmayaraq fəaliyyətlərini davam etdirir.
Hücumlar ABŞ ordusuna 1 milyard dollardan çox xərcə səbəb olub.
Tramp həmçinin ABŞ qüvvələrinin Somalidə Əl-Şəbab qruplaşmasına qarşı hücumlarını da artırıb.
Rəqəmlər, Trampın “Amerikanı yenidən böyük et” (MAGA) hərəkatının bazasında xarici hərbi müdaxilə mövzusunda gərginliklərin olduğu bir dönəmdə ortaya çıxıb.