60 günlük razılaşma hazırlanır
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
14:10 | 15 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 1016 dəfə baxılıb
Şriftin ölçüsü
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Ukrayna NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) ölkələrindən gələcək silahları gözləyərkən ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı təzyiqi artırmaq qərarına gəlib. O deyib ki, 50 gün ərzində Ukrayna ilə razılığa gəlməsələr, Rusiyaya tətbiq olunan gömrük tariflərini 100 faiz artıracaq və eyni zamanda “Patriot” hava müdafiə sistemlərini Kiyevə çatdıracaq.
“The Wall Street Journal”ın analizinə görə, Trampın bu addımı uğurlu olmaq üçün “Patriot” sistemlərinin mümkün qədər tez Ukraynaya göndərilməsi vacibdir. Lakin indiyədək tədarük prosesinin detalları hələlik açıq qalır.
***
Keçmiş ABŞ administrasiyasında Pentagonda yüksək vəzifə tutmuş Selest Volander bildirir ki, “Rusiyanın taktikası Ukraynanın mövcud bütün hava müdafiə ehtiyatlarını tükətməkdir. Beləcə yazın sonu və ya payızda təşkil olunacaq mümkün hücuma qarşı Ukrayna müdafiəsiz qalacaq. Putin planlarını sarsıtdırmaq üçün yaz boyu kütləvi tədarük həyata keçirilməlidir”.
Analizə görə, Putinə qarşı indiyədək nisbətən “yumşaq” siyasət yürüdən Trampın silah tədarükü hədəsi kəskin strateji dəyişiklikdir. Tədarükün nə qədər operativ və genişmiqyaslı olacağı hazırkı riskləri müəyyən edəcək.
***
Prosesi sürətləndirmək üçün vacib məsələ Avropa ölkələrinin ABŞ-dan yeni “Patriot” raketlərini almağı gözləmədən əllərindəki sistemləri dərhal Ukraynaya göndərməsidir. Vaşinqton mərkəzli Almaniya “Marshall” Fondundan Kristin Berzina xəbərdarlıq edir ki, “Avropalılar əvvəlcə ABŞ-dan yeni tədarük alsalar, sonra mövcud sistemləri göndərsələr, yardım son dərəcə gecikər. Əlindəki “Patriot” sistemlərini dərhal yola salmalı, çatışmazlığı ABŞ-dan gələn əlavə raketlərlə doldurmalıdırlar.”
Almaniya kansleri Fridrix Mers bəyan edib ki, ölkəsi Ukraynaya dəstək üzrə “müəyyənedici rol” oynayacaq. Lakin o, “Patriot” tədarükünə dair konkret planı açıqlamayıb.
***
“The New York Times”ın analizində vurğulanır ki, Rusiyaya əlavə gömrük vergisi hədəsi real görünmür. Çinlə Rusiyanın illik 250 milyard dollarlıq ticarət əlaqəsi əsas götürülərək bildirilir ki, belə bir addım Pekinlə münasibətləri gərginləşdirə bilər. Trampın dünyanın ikinci ən böyük iqtisadiyyatına qarşı yenidən risk almaması ehtimal edilir.
Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya və ABŞ-a dəstək üçün təşəkkürünü bildirib. Moskva isə Ağ Evdən gələn hədəyə soyuq yanaşıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Trampın “göstərməli ultimatumu”nı ələ salıb və “Avropada savaş tərəfdarları gözlədiyi dəstəyi görə bilmədi, Rusiya isə umursamadı” deyib.