vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
10:48 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsveçdə məscidə islamofob hücum

İbadət evinin qarşısına dağıdılmış Qurani-Kərim qoydular

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İsveçin paytaxtı Stokholmda məscidin giriş qapısı yaxınlığında dağıdılmış Qurani-Kərimin qoyulması ilə islamofob hücum həyata keçirilib.

Stokholm məscidinin sosial media hesabından edilən açıqlamada naməlum şəxslər tərəfindən məscidin qapısının yanındakı barmaqlıqlara zəncirlə dağıdılan Qurani-Kərim bağlanılıb. Bu hadisəylə müsəlmanların alçaldıldığı bildirilib.

Hadisənin fotoşəkilinin də yer aldığı açıqlamada, “Məscidimiz və camaatımız çox davamlı şəkildə təhdidlərə məruz qalır. İrqçilər həmişə özləri olmayanları ləkələmək üçün müxtəlif cəhdlər edirlər. Həm cəmiyyətimizin, həm də ictimaiyyətin diqqətini cəlb etmək, nifrət cinayətlərinin normallaşmasının qarşısını almaq üçün bu fotoları və məlumatları paylaşırıq”.

Qeyd edilir ki, məscidin qapısına əvvəllər də dəfələrlə sprey boya ilə dəfələrlə xaç işarəsi çəkilib, üzərində islamofob yazılar yazılıb.