vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
17:57 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın daha qonşusu HİMARS alır

200 milyon dollarlıq müqavilə imzalanıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO üzvü və Rusiyanın qonşusu Estoniya ABŞ-dan 200 milyon dollarlıq müqavilə ilə artilleriya raket sistemi alacağını açıqlayıb.

Estoniyan rəsmiləri bildiriblər ki, HİMARS raket sistemi üçün ABŞ ilə imzalanan müqavilə ilə sursat və avadanlıq, eləcə də təlim təmin ediləcək.

Məlumata görə, sövdələşməyə 70-300 kilometr mənzilli HİMARS raketləri daxildir. “Lockheed Martin” Korporasiyası ilk tədarükləri 2024-cü ildə edəcəyi gözlənilir.

Müqavilənin ən böyük silah tədarükü layihəsi olduğunu qeyd edən rəsmilər, sözügedən razılaşmanın Estoniyanın müdafiə qabiliyyətini artıracağını bildiriblər.

Estoniya Müdafiə Qüvvələrindən polkovnik-leytenant Kaarel Maesalu bəyan edib ki, HİMARS raket sisteminin alınması ölkəsinin müdafiə qabiliyyətini artırmaq baxımından mühüm addımdır.