vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
18:00 | 5 aprel 2014 | Şənbə Məqaləyə 2271 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaz böhranı dərinləşir

Qiymət üç gün ərzində 268 dollardan 458-ə qalxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu səhər Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanın yeni qaz qiymətini qəbul etməyəcəklərini bəyan edib. Nazirlər şurasının iclası zamanı çıxış edən Yatsenyuk qazın qiymətinin 80 faiz artırılmasını «iqtisadi təcavüz» adlandırıb və «siyasi təzyiqin» qəbuledilməz olduğunu deyib. «Rusiya Ukraynanı siyasi vasitələrlə ələ keçirməyə nail olmadı. İndi isə qaz və iqtisadi təcavüzlə öz planını həyata keçirməyə çalışır», deyə o, əlavə edib.

Enerji naziri Yuri Prodan bildirib ki, qaz qiyməti səbəbindən razılığa gəlinməsə Kiyev məsələnin arbitraj yolu ilə həllinə can atacaq.

Bu həftə Rusiya Ukraynaya qaz çatdırılmasında məhdudiyyətlər etdiyi üçün qazın qiyməti əhəmiyyətli dərəcədə artıb. Yetmiş iki saat ərzində 1000 kubmetr qazın qiyməti 268 dollardan 485 dollara qalxmışdı.

«Qazprom»un prezidenti Aleksey Miller bildirib ki, qiymət artımı Ukraynanın şirkətə olan 11,4 milyard dollar borcu ilə bağlıdır. Bu, Ukraynaya satılmış 4 illik qazın haqqıdır.

Qaz qiymətində endirim 2010-cu ilin Xarkov müqaviləsinə əsasən nəzərdə tutulmuşdu. Həmin müqaviləyə görə həm də rus donanmasının Krımda qalmasını 2042-ci ilədək uzadırdı. Müqavilə bu həftə ləğv olundu və «Qazprom» pulunu geri istəməyə başladı.

Bunun əvəzində, Ukrayna avropalı tərəfdarları ilə qaz təchizatı ilə bağlı danışıqlara başlayıb. Macarıstan, Polşa və Slovakiya Ukraynaya qaz satacağını ilə bağlı razılığını verib.