vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
09:39 | 5 aprel 2014 | Şənbə Məqaləyə 2178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azarovun pul azarı

Ukraynanın keçmiş baş naziri dondurulan aktivlərini geri istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Diplomatlar bildirirlər ki, keçmiş Ukrayna rejiminin üzvləri Nikolay Azarov və oğlu Aleksey Avropa İttifaqının (Aİ) viza qadağasından və aktivlərin dondurulmasından xilas olmağa çalışırlar. Bu barədə «EUobserver» xəbər portalı məlumat verir.

Aprelin 3-də üç müxtəlif diplomatik mənbədən verilən məlumata görə, Aİ Şurasında «Coest» işçi qrupu onların xahişini nəzərdən keçirib.

«EUobserver» əvvəlcə məlumat vermişdi ki, alman hüquq şirkəti «Alber & Geiger» sanksiyalar reyestrində ən azı iki nəfər üçün çalışır. Onların kim olduğu deyilmir.

Lakin mənbələr bildirir ki, martın 5-də, Aİ sanksiyaları qüvvəyə minən gün şirkət Azarovun adından Şuraya məktub göndərib. Məktubda Nikolay və adı qara siyahıda olan digər şəxs - siyasətçi oğlu, 32 yaşlı Aleksey də daxil olmaqla, onun ailə üzvlərindən bəhs edilir. 

Qeyd edək ki, 5 mart məktubu sadəcə başlanğıc idi. Martın 25-də şirkət Şuraya «Coest» tərəfindən baxılması üçün ikinci bəyanatını göndərib. Martın 26-da isə Aİ-yə üzv dövlətlərin hamısının Brüsseldəki səfirliklərinə oxşar məktublar göndərilib. Avroparlamentari, britaniyalı mühafizəkar Çarlz Tannok məsələyə diqqət yetirib.

Hazırda Azarovun harada olması məlum deyil. O, yanvar ayında vəzifəsindən uzaqlaşıb. «Avstriyanın Kronası» qəzetinə əsasən, o, dərhal Avstriyaya uçub. Burada onun və ailəsinin daşınmaz əmlakı, eləcə də müəyyən maraqları var.

Prosedura görə, 28 ölkənin hamısı onları siyahıdan çıxarmağa razılaşmalıdır. Aİ xarici fəaliyyət xidməti və Avropa Komissiyası qərarı rəsmiləşdirmək üçün hüquqi mətni qəbul edəcək.

Razılaşmadıqları təqdirdə, «Alber&Geiger» məsələni Lüksemburqda Aİ məhkəməsinə daşıya bilər.

Aİ diplomatlarından biri bildirir ki, Şuranın məhkəməsiz geri addım atması nadir hallarda baş verir. Lakin hüquq şirkətindən Andreas Qayger bu həftə məhkəmənin onun xeyrinə qərar verəcəyinə inanır.

Aprelin 2-də məhkəmə bildirib ki, Tunisin keçmiş liderinin qohumu Mehdi Ben Əli ayrıca olaraq Aİ-nin qara siyahısına salınmalıdır.

Qərara görə, 2011-ci ildən bəri Tunislə bağlı Aİ sanksiyaları «dövlət vəsaitinin mənimsənilməsinə görə məsuliyyət daşıyan» şəxslərə qarşı tətbiq edilib. Əlinin isə sadəcə adı qeyd olunub, çünki o, məhkəmə istintaqına tabedir.

Qeyd edək ki, Ukrayna sanksiyaları da «Ukraynanın dövlət vəsaitlərinin mənimsənilməsinə görə məsuliyyət daşıyan şəxslərə» qarşı yönəlmişdi, lakin Azarovlar «Ukraynada dövlət vəsaitlərinin mənimsənilməsinə görə istintaqa cəlb olunmuş» kimi qeyd edilmişdilər.

İstənilən halda, «Alber&Geiger» siyasi cəbhədə heç də asan mərhələdən keçmir.

Tannok Azarovun lobbiçiləri adlandırdığı şəxslərlə görüşdən imtina edib və bildirib ki, hökumət nazirlərinin dövlət əmlakının mənimsənilməsinə və irihəcmli korrupsiyaya səbəbkar olduqlarına inanmaq üçün əsası var. Beləliklə, Aİ-nin sanksiyalarının və aktivlərinin repatriasiyası özünü tamamilə doğruldur.

Eyni zamanda, Aİ diplomatları bildirirlər ki, şirkətin siyasətə cəlb olunması və mediada iştirakı üçün edilən səylər nizamsızdır.

«Fikrimcə, bu, keçmiş Ukrayna rejimi tərəfindən bir növ yoxlama ola bilər. Hər hansı hərəkətə nail olsalar, çox güman ki siyahıdakı digər şəxslərin şikayətləri də eşidiləcək», - mənbələrdən biri deyib.