vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
11:28 | 6 aprel 2014 | Bazar Məqaləyə 2309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna KQB arxivlərini açır

«Ən böyük müqavimət Rusiya tərəfindən olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın Milli Abidələr İnstitutunun yeni rəhbəri Vladimir Vyatroviç Sovet xəfiyyəsinin bütün sənədlərinin vətəndaşların üzünə açılmasına qərar verib.

«Azadlıq» radiosunun məlumatına görə, Vyatroviç bu istiqamətdə addım atılacağı təqdirdə Rusiyanın təpkilərini istisna etməyib: «İlk növbədə təcili şəkildə KQB sənədlərini Ukrayna təhlükəsizlik orqanlarından almalıyıq. Çünki sənədlər həmin orqanların işlərinə gərəkli deyil. Təyinatına uyğun olaraq, bu sənədlər Milli Abidələr İnstitutuna verilməlidir».  

Vyatroviç sənədlərin açılması prosesinin Çexiya nümunəsi üzrə aparılmasını təklif edib. Məlumdur ki, Çexiyada hər bir vətəndaş bu sənədlərlə tanış ola bilirdi: «Bu suallara aydınlıq gətirilməsi üçün Çexiya variantı bizim üçün ən ideal seçim olardı. Olduqca liberal bir qanun çıxarıldı. İnanıram ki, Ukraynada da belə addım ata biləcəyik. Məqsədimiz hər bir vətəndaşın bu sənədlərlə tanış olmasına maksimum imkan yaratmaqdır».  

İnstitut rəhbəri etiraf edir ki, sənədlərin açılması Ukrayna daxilində də təzyiqlərlə üzləşəcək. Amma o, ən böyük təpkinin Rusiyadan gələcəyinə əmindir: «Rusiya tərəfindən böyük müqavimət olacaq. Mən bunu hətta 2008-2010-cu ildə hiss etdim. Yadımdadır, Rusiya Ukrayna daxilində böyük bir təbliğat apardı ki, hətta bu, az qala, vətəndaş müharibəsinə səbəb olacaq».  

Ukrayna Milli Abidələr İnstutu sabiq prezident Viktor Yuşşenkonun göstərişi ilə 2006-cı ildə yaradılıb. KQB sənədləri ilk dəfə Ukraynada 2009-2010-cu illərdə açılmağa başlayıb. O vaxt Vyatroviç arxivin direktoru işləyib. Viktor Yanukoviçin gəlişindən sonra KQB sənədləri ilə tanışlığa qadağa qoyulub.

Xatırladaq ki, bir müddət öncə Latviya KQB sənədlərinin açılması qərarını parlamentin birinci oxunuşunda qəbul etmişdi.