vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
11:56 | 11 aprel 2014 | Cümə Məqaləyə 3165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslan ovlandı, «Yurd»u talandı

«TV-nin bütün əmlakı siyahıya alınıb və maşına yığılaraq aparılıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda telekanalın bağlanma xəbəri yayılıb. Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.

«Yurd TV»-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.

«Hazırda bütün əməkdaşlar işdədirlər», - o əlavə edib.

«Yurd TV»-nin adının çəkilməsini istəməyən əməkdaşı Movqe.az-a bildirib ki, dünən axşam TV-nin bütün əmlakı siyahıya alınaraq maşına yığılaraq aparılıb. Onlara isə bildirilib ki, internet tv  «Region TV»-yə birləşdirilir: «Bizim 10 günlük maaşımızı bu gün verəcəklər. İşçilərdən çoxu regiontv-yə götürüləcək. Amma deyirlər, ixtisarlar da olacaq». 

Həmçinin «Yurd TV»nin əməkdaşı iki aya qədər «Region TV»-nin internet telekanalı kimi yox, telekanal kimi fəaliyyətə başlayacağını da söyləyib.

Onu da bildirək  ki, «Yurd TV» bu yaxınlarda Prezident Administrasiyasındakı yüksək vəzifəsindən çıxarılan Elnur Aslanova məxsus media quruluşlarındandır.