vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MEDİA-QHT  
12:37 | 14 may 2014 | Çərşənbə Məqaləyə 2767 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslanovun saytları əl dəyişir?

Gun.az Baimovun adından çıxdı, News.az isə Anar Məmmədovun nəzarətinə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Elnur Aslanovun nəzarətində fəaliyyət göstərən news.az saytının sahibi dəyişib. Aktual.az xəbər verir ki, bu haqda yerli domenlərin satışı və qeydiyyatı ilə məşğul olan «NT» şirkətinin whois.az saytında məlumat yenilənib.

Saytın yeni sahibi Anar Məmmədova məxsus Garant Media Holdingdir. Bu günə qədər sayt Elnur Baimovun adına olsa da, Elnur Aslanovun himayəsində fəaliyyət göstərirdi.

Xatırladaq ki, bir müddət əvvəl Anar Məmmədovun nümayəndəsi bildirmişdi ki, Garant Media Holdingə daxil olacaq saytların adları yaxın vaxtlarda açıqlanacaq. News.az Holdingin adına rəsmiləşdirilən ilk sayt olub.

Uzun müddət Elnur Aslanovun nəzarətində olan gun.az informasiya agentliyinin də təsisçisi dəyişib. Bu haqda da whois.az saytında məlumat yenilənib.

Saytın yeni təsisçisi gun.az saytının məsul redaktoru Emil Quliyev olub. O, Elnur Baimovu əvəzləyib.

Qeyd edək ki, Emil Quliyev həm də Franspress agentliyinin ölkəmizdəki təmsilçilərindəndir.