vaxtlı-vaxtında oxuyun! Bazar, 24 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MƏHKƏMƏ, İSTİNTAQ  
11:21 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 1420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Atası»ndan Hafiz Məmmədova zərbə

Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçmiş nəqiyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olmuş «Delfin» MMC «Bakı» Futbol Klubunu «xüsusi mülkiyyətdə olan sahədən» çıxarıb. Virtualaz.org xəbər verir ki, bu barədə qərarı «Delfin» MMC-nin iddiası əsasında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi çıxarıb. (Report)

«Delfin» MMC Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi «Garant Holding» şirkətlər qrupunun tərkibinə daxildir. Lakin Z.Məmmədovun ulduzunun sönməsindən sonra onun ailə biznes imperiyası da sürətlə çöküb, bir çox aktivləri əlindən alınıb. «Garant Holding»in baş ofisinin qapısına qıfıl vurulub. A.Məmmədov isə xeyli vaxtdır ölkəni tərk edib. «Bakı» futbol klubu isə Məmmədovların keçmiş biznes ortağı, «Hafka» kimi tanınan Hafiz Məmmədova məxsus idi.

Məlumata görə məhkəmə prosesi zamanı «Bakı» klubu qarşı tərəfdən «pulun tutulması» barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub.Məhkəmə qərarından narazı qalan «Bakı» Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bir neçə il bundan qabaq müsahibələrinin birində, Hafiz Məmmədov keçmiş nəqliyyat naziri haqqında «Ziya müəllim mənim mənim ağsaqqalımdır, böyüyümdür, dostumdur, atamdır, ata əvəzimdir», Anar Məmmədov haqqında isə «dostumdur, qardaşımdır» ifadələrini işlətmişdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *