
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
Biznesmenin köməkçisi hər şeyi danışdı
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
Ziya Məmmədovun malikanəsi yandı
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
Saleh Məmmədov daha dövlət məmuru deyil...
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Prokuror Forsberq: «Azərbaycan Dəmir Yollarının məmuru bu işdən 100 milyon dollar götürüb»
Nə hikmətdirsə, vəzifədən gedən nazirlər mətbuatdan da gedirlər. Barələrində yayılan hər hansı məlumatı özləri ilə dəqiqləşdirmək isə müşkül məsələyə çevrilməkdədir.
Vaxtilə yüksək rütbəli məmurlar arasında yer almış eks-nəqliyyat naziri Ziya Məmmədov haqqında ən çox söhbətlər dolaşan sabiqlərdəndir. Ziya Məmmədovun ölkəni tərk etdiyi iddia olunur.
Məlumatlara görə, Ziya Məmmədov yay mövsümünü Türkiyədə olub. Hətta onun Türkiyəyə bir mövsümlük yox, bir ömürlük köçdüyü deyilir.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün sabiq nəqliyyat naziri Ziya Məmmədovun özü ilə əlaqə saxlaya bilməsə də, qardaşı, keçmiş deputat Elton Məmmədovla danışıb.
O, saytımıza açıqlamasında yayılan xəbərlərin iftira olduğunu deyib.
“Ziya Məmmədov haqqında söz demək istəmirəm. Bu barədə dəfələrlə mətbuata açıqlama vermişəm ki, qardaşım haqqında məndən nəsə soruşmayın! Bircə onu demək istəyirəm ki, dezo xəbərləri yayıb nə edəcəklər?! İnsanlar evində oturub. Niyə getməlidirlər?! Bu cür inkişaf edən ölkəmizdən niyə getməliyik?! Dövlət quruluşunda ölkə rəhbərinin yanında olmuşuq, bu gün də varıq, yanındayıq”-deyə o bildirib.
E.Məmmədov söyləyib ki, inkişaf edən Azərbaycanı hansısa dövlətlə dəyişməzlər.
“Yayılan xəbərlər yalandır, iftiradır. Məntiqli fikirlər deyil. Digər tərəfdən isə kiminsə harasa getməsinin başqalarına nə aidiyyatı var?!".