
“NATO bunu istəyir”
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Qələbə günü rus irqçiliyinə ibadət mərasiminə çevrilib
Bərbər salonunda baş verən hadisədə 3 nəfər ölüb
“Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”
Hitlerin doğum günündə üç nasist bayrağı asılıb
Hərbi xərclər Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə qalxıb
Turistlər üçün ən ucuz Laos, ən bahalı isə İsveçrə olub
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
İsveçdə ərzaq qiymətlərinin kəskin artması ilə bağlı boykot
Qərar 1 il 3 aydan sonra qüvvəyə minəcək
Nüvə tullantılarının saxlanılması üçün obyekt yaradılır
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
Comşofu müdafiə edən partiya yoldaşı ondan geri qalmadı
İsveçin Stokholm məhkəməsində prokurorlar «Bombardier» şirkəti ilə «Azərbaycan Dəmir Yolları» QSC arasında 2013-cü ildə imzalanmış müqavilədə korrupsiya sövdələşməsində adı keçən Rusiya vətəndaşının azadlığa buraxılması haqda qərara protest veriblər. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə oktyabrın 4-də «Bombardier» şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı Yevgeni Pavlovun 7 aylıq həbsdən sonra buraxılmasına qərar verib. Məhkəmə hesab edib ki, Pavlovun «Bombardier» şirkəti ilə Azərbaycan məmTurları arasında korrupsiya sövdələşməsinə dair tutarlı sübut yoxdur. Hərçənd ki, məhkəmə Pavlovun elektron yazışmalarında dəmir yolları üçün siqnalizasiya avadanlıqlarının «Multiserv Overseas» offşor şirkəti üzərindən Azərbaycana on dəfələrlə baha qiymətə satılması barədə müzakirələrin aparıldığını qəbul edib. Hakimin mövqeyinə görə, qiymətdə bu şişirtmə Pavlovun Azərbaycan məmurlarına rüşvət verdiyini sübuta yetirə bilməz.
Lakin bugünkü məhkəmədə prokuror Tomas Forsberq (Thomas Forsberg) bildirib : «Əsas məsələ odur ki, bu müqavilə üzrə əldə edilmiş mənfəət ədalətlidir, ya yox?»Forsberq və onun həmkarı-prokuror Staffan Edlund bildiriblər ki, həmin sövdələşmədən Azərbaycan Dəmir Yollarının adı açıqlanmaan dövlət qulluqçusuna 100 milyon dollar ötürülüb. «Bu, həmin dövlət quluqçsuna dəxli olan özəl şirkətin gəliri ilə müqayisə olunan məbləğdir»-prokuror bildirib.
Xatırladaq ki, «Bombardier» şirkəti ilə «Azərbaycan Dəmir Yolları» QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilənin ümumi həcmi 340 milyon dollara yaxındır. Bu müqavilədən əldə edilən «otkat» isə 100 milyon dollara çatır. Həmin dövrdə dəmir yolları Nəqliyyat Nazirliyinin tabeliyində idi. Nazirliyə Ziya Məmmədov, dəmir yollarına onun müavini Arif Əsgərov başçılıq edirdilər...