vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
20:07 | 15 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirin dağılan inhisarı

«Azəryolservis»in yaxın günlərdə NN-dən ayrılacağı gözlənilir

Gültəkin ƏLƏSGƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərindən biri də əlindən alındı. Bundan əvvəl Xəzər Dəniz Gəmiçiliyi, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yalnız formal olaraq Nəqliyyat Nazirliyinə (NN) tabe olması mübahisə mövzusu idi.

Ən bəsit müşahidə belə kifayət edir ki, həmin qurumların heç birinin Ziya Məmmədova hesabat vermədiyini açıq-aşkar görəsən. Belə ki, nazirin keçirdiyi kollegiya iclaslarına Xəzər Dəniz Gəmiçiliyi və «AZAL» rəhbərləri adətən qatılmır.

İddialara görə, Cahangir Əsgərovla nəqliyyat naziri Ziya Məmmədov arasında konflikt o həddə çatıb ki, «AZAL» prezidenti «Bənövşə» adı almış «London taksiləri»ni şəxsi nəzarətində olduğu məkana - Bakı aeroportuna buraxmır.

Ötən gün isə paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi ilə nəqliyyat nazirinin daha bir səlahiyyəti əlindən alındı.

Beləliklə, Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində «BakuBus» Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verdi. Bundan sonra Nəqliyyat Nazirliyi BŞİH-lə birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərinin müəyyən edəcək.

Qeyd edək ki, buna qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təkbaşına təşkil edirdi. Yəni paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus «Transgeyt» şirkətinin inhisarında idi.

Modern.az saytına verilən məlumatda iddia olunur ki, Nəqliyyat Nazirliyinin əsas müəssisəsi olan «Azəryolservis» ASC də Z.Məmmədovun kurasiyasından çıxarılacaq. Muxtar şirkət təsiri bağışlayan ASC-nin səhmlərinin yarı faizi Nəqliyyat Nazirliyinə məxsus olsa da, «Azəryolservis» sədri Cavid Qurbanovun hazırkı mövqeyinin ölkənin hakim elitasında nazirinkindən daha güclü olduğu göz qabağındadır.

Bir sözlə, onun Z.Məmmədova tabeçiliyi formal xarakter daşıyır və yaxın vaxtlarda ASC də nazirliklə yollarını ayıracaq.