vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 18 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
12:56 | 24 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 741 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Heç bir gecikmə olmayıb”

“Azərsu” Meriyanın ittihamlarına cavab verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı açıqlama yayıb. Açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, “Azərsu” ASC ittiham olunub.

Meriya subasmaları “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi problemi yaradan səbəb kimi göstərib.

“Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir”, - deyə Meriya bəyan edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a açıqlamasında Meriyanın ittihamlarına cavab verib. O qeyd edib ki, Meriyanın ittihamları doğru deyil:

“Həmin istiqamətdə bizim 3 təxliyə xəttimiz var. Biri “Neftçilər” prospektində, ikincisi “Azadlıq” prospektində, üçüncüsü isə Yusif Məmmədəliyev küçəsi istiqamətindədir. Yağışla bağlı xəbərdarlıq olduqdan dərhal sonra mütəxəssislərimiz əraziyə gedib, Azadlıq prospekti və Səməd Vurğun küçəsində təxliyə xətləri dərhal açılaraq sular dənizə buraxılıb. Yusif Məmmədəliyev küçəsində isə suyun axını böyük təzyiq yaratdığından cüzi bir yubanma olub. Bu da insan faktoru ilə bağlı deyil, sırf suyun axını, təzyiqi ilə bağlıdır”.

A.Cəbrayıllı eyd edib ki, məhz “Azərsu” əməkdaşlarının çevik davranması nəticəsində “Sahil” metrostansiyası, “Neftçilər” prospekti  suların altında qalmaqdan xilas edilib: “Bütün qurğularımız, kollektorlar və digər xətlər tam işlək vəziyyətdə olub. Heç bir gecikmə olmayıb. Gecikmə ilə bağlı deyilənlər yalandır”.

Sentyabrın 23-də Bakı şəhərində  yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bəzi binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 faizi (norma 17.2 mm) deməkdir.

Gülşən RAUFQIZI


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *