vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
16:02 | 19 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1957 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kupça”sız mənzil qalmayacaq

İlham Əliyevin inqilabi fərmanı

Ü.XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

“Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı vətəndaşların və MTK-ların illərlə yığılıb qalan qeydiyyat problemini həll edəcək, üstəlik bürokratik əngəllər aradan qalxacaq, büdcəyə daxilolmalar artacaq”.

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı söyləyib.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən edilib.

Osmanlının sözlərinə görə, uzunmüddətli qeydiyyat problemi olan çoxmənzilli binaların istismara qəbulu Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində olub. “Bakı Şəhər İcra Hakimiyyəti sənədlərində müəyyən çatışmazlıq, qüsurlar olan çoxmənzilli binalara istismar aktı verməkdən imtina edirdi. Tikinti şirkətləri isə müəyyən səbəblərdən bu məsələni Allahın ümudinə buraxırdılar. Vətəndaşlar özləri müvafiq qurumlara, ölkə başçısına müraciət edərək problemin aradan qaldırılmasına çalışırdılar. İndi isə artıq bu məsələ birbaşa dövlət nəzarəti altında həll ediləcək”, - Osmanlı qeyd edib.

Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində binaların siyahıya alınmasını həyata keçirməli və binaların istismara yararlı olub-olmaması haqda rəy verməlidir. Ekspert deyir ki, bu rəy müsbət olduqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin istismara qəbulla bağlı müraciətdən imtina etmək səlahiyyəti olmayacaq: “Xeyli bina vardı ki, Fövqəladə Hallar Nazirliyi istismara qəbul edilməsi ilə bağlı müsbət rəy verib, amma meriya sənəd verməkdən imtina edib. Artıq bu problem də öz həllini tapacaq. Beləliklə, hansı binaların kı, istismara yararlı olmasına dair rəy verilib, həmin binaların problemi aradan qalxacaq”.

Bununla yanaşı, istismara yararlı olmayan binalardakı qüsurların aradan qaldırılması, təkrar müraciət məsələləri də asanlaşacaq. Belə ki, fərman MTK rəhbərlərinin qüsurların aradan qaldırımasından sonra Fövqəladə Hallar Nazirliyinə təkrar müraciət etmələrinə imkan yaradır. “Bir sözlə, binaların istismara qəbulu, həmçinin qeydiyyat məsələsi artıq asanlaşdı. Bəzi hallarda korrupsiya elementləri ilə bağlı şikayətlər də vardı, onlar da aradan qalxacaq, nəticədə, büdcəyə daxilolmalar artacaq”, - R.Osmanlı deyib və əlavə edib ki, bu fərman çoxmənzilli binaların problemlərinin həllində əsaslı rol oynayacaq. (virtualaz.org)