vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
22:56 | 26 aprel 2014 | Şənbə Məqaləyə 2491 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qaydasiz diplomatiya oyunu»

İlham Əliyevin Sərkisyana sərt cavabı həm qürurvericidir, həm də ...

Vüqar BAYRAMOV, iqtisadçı alim

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi vacibdir. Amma Ermənistan nümayəndə heyətinin az qala daxili məsələlərdə ya Azərbaycanı və ya Türkiyəni günahlandırması regionda «qaydasız diplomatiya oyunundan» xəbər verir. Nəinki Praqa Sammitində hətta son aylar təşkil edilən bütün beynəlxalq tədbirlərdə ermənilər hətta Gömrük İttifaqına qoşulmaqlarında da Azərbaycanı suçlu olduğunu müxtəlif auditoriyalara çatdırmağa çalışırlar.

Öz ərazisində Rusiya hərbi bazasını saxlayan və daimi olaraq Moskvadan silah yardımı alan Yerevan ötən yay Azərbaycanın Rusiya arasındakı ticari anlaşmanı Ermənistanın Gömrük İttifaqına qoşulmasının əsas səbəbi kimi göstərir. Buna nə ad vermək olar?

Nə isə demək çətindir. Biz təbii ki, bütün görüşlərdə erməni arqumentlərini cavablandırırıq və Qarabağ məsələsində nəinki Rusiyanın aqressiv siyasətini, hətta Qərbin də ikili siyasətindən narahatçılığımızı bildiririk.

Aprelin 25-də Praqada baş verənləri izah etmək üçünsə söz tapmaq çətindir. Ermənistan dövlət başçısı Şərqi Tərəfdaşlıq Sammitində çıxışını Yerevanın Moskva ilə yaxınlaşması, Avropa Birliyi ilə danışıqları dayandırması səbəbləri deyil, Türkiyənin ittihamına ünvanlanan qondurma «soyqırımı» üzərində qurdu. Halbuki, nə Türkiyənin coğrafi baxımdan Şərqi Tərəfdaşlıq Proqramına dəxli var, nə də qondurma «soyqırımı» nə zamansa sözügedən proqramın gündəliyində olub.

Azərbaycan Prezidenti İlham Əliyevin isə «Türkiyə burada yoxdur, mən buradayam deyərək» Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurvericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə başsağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil.