vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:00 | 6 may 2014 | Çərşənbə axşamı Məqaləyə 2391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nida»çılara hökm oxundu

Məhkəmənin qərarı etiraza, polislə qarşıdurma isə həbslərə səbəb oldu

Bu gün «Nida» vətəndaş hərəkatının həbs olunmuş üzvlərinə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bu gün «Nida» vətəndaş hərəkatının həbs olunmuş üzvlərinə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Vaxt.az-ın məlumatına görə, hakim Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov və Rəşad Həsənova 7.6 il, Üzeyir Məmmədli və Bəxtiyar Quliyeva 7 il, Şahin Novruzluya isə 6 il hökm oxuyub.
Artıq məhkəmə iclası bitib.
Hökm oxunduqdan sonra Zaur Qurbanlının anasının vəziyyəti pisləşib.

Məhkəmənin prosesi keçirilən zaman NİDA-çıların yaxınları, dostları, ictimaiyyət nümayəndələri məhkəməni izləmək və gənclərə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşıblar.

Polislər izdihamı binanın qarşısından çəkilməyə, qarşıdakı parkda toplaşmağa dəvət edib.

***

Hökm elan olunandan sonra məhkəmə binasının önündə gərgin anlar yaşanıb və polislə qarşıdurma yaranıb. Hökmə etiraz edən gənc fəallar, həmçinin cəza alan gənclərin yaxınları buna kəskin etirazlarını bildirərək aksiya keçirməyə, etirazlarını ağır ifadələrlə, isterik şəkildə bildirməyə başlayıblar. Öncədən məhkəmə binası önünə gətirilmiş polis qüvvələri bunun qarşısını almağa başlayan kimi tərəflər arasında qarşıdurma yaranıb. Polis həbslərə başlayıb. Artıq 7-8 etirazçı həbs edilib.

Saxlanılanların sayı 20 nəfəri ötüb, onların arasında 4-5 jurnalist də var. «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin, «Mediaforum» saytının əməkdaşları da həbs edilənlər arasındadır.

Saxlanılan şəxslərin siyahısını təqdim edirik:

 

Türkel Azərtürk (AXCP)

Tural Abbaslı (Müsavat)

Xalid Qarayev («Azadlıq» qəzeti)

Hüseyn Qarasulu (AXCP)

Rüfət Hacıbəyli (Müsavat)

Ofeliya Allahverdiyeva (NİDA)

Emin Süleymanov

Amid Süleymanov (jurnalist)

Toğrul İbrahim (AXCP)

Turqut Qəmbər (NİDA)

Nəcmin Kamilsoy (jurnalist)

Nicat Məmmədbəyli (NİDA)

Kəmalə Bənəniyarlı (AXCP)

Rəhman Məmmədli (NİDA)

Mirseymur Məmmədov (jurnalist)

Məhəmməd Türkmen («Yeni Müsavat»)

Orxan Rza (NİDA)

Çilənay Seyidi (AXCP)

Orxan (AXCP)

Ayaz Xəlilzadə (Müsavat).

Hazırda məhkəmənin binası qarşısında olan jurnalistlər xəbər verir ki, polislər etirazçıları qovaraq oradan uzaqlaşdırıb. Əməkdaşımız polisin jurnalistləri də döydüyünü bildirib. Onun sözlərinə görə, hətta əraziyə cəlb olunmuş yol polisləri də jurnalistlərə qarşı kobudluq edərək sonuncuların peşə borcunu yerinə yetirməsinə mane olurlar.

Bu dəqiqələrdə «Nizami» kinoteatrının həndəvərində xeyli sayda Post-Patrul Xidməti maşınları var. Əraziyə əlavə polis qüvvələri gətirilib.

Qeyd edək ki, dövlət ittihamçısı 8 gəncə üst-üstə 64 il həbs cəzası istəmişdi. Onlar «Molotov kokteyli» düzəldərək dövlət çevrilişi etmək cəhdində təqsirləndirilirlər.